Qarabağ və Respublika Uğrunda Hərəkat birliyi davam etdirəcək

img

27-03-2009 [08:25]


[b]İqbal Ağazadə: ?Biz çalışacağıq ki, partiyaların maraqları ilə cəmiyyətin maraqlarını uzlaşdırıb birliyi davam etdirək?[/b] ?Referendum ümumi məsələ idi. Bundan sonra bələdiyyə və parlament seçkiləri gəlir. Burada həm də partiyaların maraqları var. Biz çalışacağıq ki, partiyaların maraqları ilə cəmiyyətin maraqlarını uzlaşdırıb birliyi davam etdirək. Hesab edirəm ki, buna nail olsaq, Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar bir arada fəaliyyət göstərə biləcək?. Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyaların bundan sonrakı mərhələdə birgə fəaliyyətin mümkün olub-olmaması barədə MİA-ya açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə belə deyib. İ,Ağazadənin sözlərinə görə, əgər hərəkata daxil olan partiyaların və cəmiyyətin maraqlarını uzlaşdırmaq mümkün olmasa, hər kəs öz yolu ilə gedəcək. Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildirən İqbal bəy onu da vurğulayıb ki, bu istiqamətdə də hazırlıqlar gedir. Onun sözlərinə görə, bələdiyyə seçkilərində müsbət nəticə əldə etmək üçün öncə ölkədə ictimai-siyasi aktivliyi artırmaq və demokratik seçki mühitinin yaranması üçün fəaliyyət göstərmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA