Türkiyə, Ermənistanla danızıqlarda üçüncü ölkələrdən dəstək istəyir

img

08-04-2009 [03:49]


[b]Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistanla təmasların davam etdiriləcəyini də gizlətməyib [/b] Amerika prezidenti Barak Obamanın Türkiyə və Ermənistanın xarici işlər nazirləri- Əli Babacan və Edvard Nalbanyanı iki ölkə arasında əlaqələrin normallaşması istiqamətində qarşılıqlı anlaşmanı tamamlamağa çağırmasının ardınca, Əli Babacan üçüncü ölkələri bu prosesə dəstək verməyə dəvət edib. Diplomat rəsmi İrəvanla təmasların davam etdiriləcəyini də gizlətməyib. ?Hazırda Cənubi Qafqazda bir normallaşma prosesi yaşanır. Bilirsiniz ki, bir yandan Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ probleminin çözümü ilə əlaqəli bir proses var. Hər iki prezident bu vaxta qədər yanılmıramsa, 3 dəfə görüşüblər. Qarşıdakı dönəmdə yenə görüşləri olmalıdır. Bir yandan Azərbaycan-Ermənistan danışıqları, digər bir yandan Türkiyə ilə Ermənistan arasında danışıqlar davam edir. Bizim üçüncü ölkələrdən gözlədiyimiz bu proseslərə dəstək vermələridir?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA