Birləzmiz müxalifət parlament seçkilərində bir yerdə olmaya bilər

img

08-04-2009 [01:20]


[b]Arif Hacılı: ?Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri və bir qayda olaraq, Müsavatın seçki işinə rəhbərlik edən şəxs kimi parlament seçkilərində tanımadığım, etibar etmədiyim hər hansı bir şəxsi müdafiə etmərəm?[/b] ?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların birliyi bələdiyyə seçkilərində qorunub saxlanılsa da, 2010-cu ildə keçiriləcək parlament seçkilərində birgə iştirak mümkün olmaya da bilər. Çünki parlament seçkiləri bələdiyyə seçkilərindən bir qədər fərqlənir?. Bu fikirləri vətəndaş hərəkatına daxil olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlamasında deyib. A.Hacılının sözlərinə görə, bələdiyyə seçkiləri çoxmandatlı seçki kimi keçirilir və burada hansısa bələdiyyə üzvünün məsuliyyəti parlament üzvünün məsuliyyəti qədər deyil: ?Mən bilmirəm ki, o vaxt bu məsələlər hansı şəkildə qəbul olunacaq. Ancaq Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri və bir qayda olaraq, Müsavatın seçki işinə rəhbərlik edən şəxs kimi parlament seçkilərində tanımadığım, etibar etmədiyim hər hansı bir şəxsi müdafiə etmərəm?. Müsavat yetkilisi onu da bildirib ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan bəzi partiyaların ötən seçkilərdə kifayət qədər şübhəli reputasiyası olan namizədləri olub. Bu səbəbdən də A.Hacılı, bu məsələdə bir qədər ehtiyatlı davranmağın vacib olduğunu vurğulayıb: ?Bir daha tam məsuliyyətlə deyirəm, mən, Müsavat Partiyasının strukturlarına tutaq ki, hər hansı regionda ciddi nüfuza malik olmayan və mənfi imici olan hər hansı bir şəxsin müdafiəsi ilə əlaqədar tapşırıq verə bilmərəm. Bu mənada zənnimcə, parlament seçkilərində koalisiya ayrı-ayrı dairələr üzrə olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA