?Azadlıq? bloku bələdiyyə seçkilərinə hazırlazır

img

25-03-2009 [05:05]


[b]Əvəz Temirxan: ?İlk növbədə ölkədə demokratik seçki mühitinin yaradılması, seçki qanunvericiliyinin dəyişdirilməsi, komissiyaların hakimiyyətin nəzarətindən çıxarılması yönündə fəaliyyətimizi gücləndirəcəyik?[/b] ?Hamıya məlumdur ki, 18 martda keçirilən referendum hakimiyyətin növbəti seçki tamaşası idi. Bu baxımdan elan olunmuş nəticələr də saxtadır. Çünki heç seçicilərin 15 faizi belə prosesdə iştirak etməyib. Bu səbəbdən də biz referenedumun nəticələrinin qeyri-legitim elan olunması istiqamətində mübarizə aparacağıq. Bundan əlavə qarşıdan gələn bələdiyyə seçkilərinə də hazırlaşacağıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (MİA) ?Azadlıq? blokuna daxil olan Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan deyib. Ə.Temirxanın sözlərinə görə, ?Azadlıq? blokuna daxil olan partiyalar yaxın perspektiv üçün bir neçə istiqamətdə mübarizə aparmağı planlaşdırıb: ?Biz öncə 18 mart referendumunun saxtakarlıqla keçirildiyi ilə bağlı müşahidələrimizi, əlimizdə olan sənədləri həm Azərbaycan, həm beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Eyni zamanda isə qarşıdan gələn 2009-cu il bələdiyyə seçkilərinə hazırlaşacağıq. Bunun üçün ilk növbədə ölkədə demokratik seçki mühitinin yaradılması, seçki qanunvericiliyinin dəyişdirilməsi, komissiyaların hakimiyyətin nəzarətindən çıxarılması yönündə fəaliyyətimizi gücləndirəcəyik?. ALP yetkilisi onu da qeyd etdi ki, ?Azadlıq? blokuna daxil olan partiyalarla yanaşı, digər müxalif qüvvələrlə də bu istiqamətdə fəaliyyətlərini əlaqələndirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA