Eldar Namazov keçmiz müttəfiqlərinin cavabını verdi

img

07-04-2009 [03:25]


?Allah canlarını sağ, işlərini avand eləsin. Kim özünü güclü sayırsa, onun rəqibi hakimiyyətdir. Bu meydan, bu da şeytan. Qoy güclərini göstərsinlər?. Bu fikirləri ?Azərbaycan Naminə? İctimai Forumun prezidenti Eldar Namazov Müstəqil İnformasiya Agentliyinə (mia.az) müttəfiqlərinin ona qarşı ünvanladıqları ittihamlara cavab verərkən deyib. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı E.Namazovun zəif olduğunu və təşkilatının olmadığını bildiriblər. ANİF prezidenti isə qeyd edib ki, ona qarşı aparılan təbliğatın arxasında nəyin dayandığını bilir: ?Sadəcə olaraq, hesab edirəm ki, mövqelərin aydınlaşması, açıqlanması vacibdir. Ancaq hansısa mətbuatda informasiya müharibəsi aparmağa lüzum görmürəm. Mövqelər açıqlanıb, hər şey bəllidir. Bu cür fikirlər məni o qədər də maraqlandırmır. Artıq mən, o bu hərəkatda fəaliyyət göstərmirəm. Çünki onlar seçkilərdə iştirakla bağlı qərar veriblər, mən isə elə bir qərar verməmişəm. Kim bu qərarı veribsə, onlar təbii ki, bu işi davam etdirməlidirlər. Biz isə belə bir qərar vermədiyimiz üçün o təşkilatda fəaliyyət göstərə bilmərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA