Parlamentdəki partiyaların müraciətinə ilkin reaksiya verilib

img

08-04-2009 [03:44]


[b]Aprelin ortalarında türkiyəli həmkarları ilə Azərbaycan parlamentinin bir qrup nümayəndəsi görüşə bilər [/b] Türkiyənin Ermənistanla olan sərhədini açmaq istəyinə etiraz olaraq, dünən Azərbaycan parlamentində təmsil olunan siyasi partiyalar türkiyəli həmkarlarına müraciət ünvanlayıblar. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc mia.az-a bildirib ki, artıq bu məsələyə müəyyən reaksiyalar verilib: ?Ötən dövr ərzində Türkiyə və Azərbaycan arasında ən müxtəlif beynəlxalq siyasi və iqtisadi məsələlərdə ciddi koordinatsiya etmə və fəaliyyətini uzlaşdırma praktikası var. Sözün həqiqi mənasında məhz bu siyasi fəaliyyətdə ?bir millət, iki dövlət? formulunu reallaşdıra bilmişik. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində olan narahatlıqları - istər media, istərsə də siyasi təşkilatların nümayəndələri bölüşürlərsə, bu, çox faydalı və effektlidir. Ümidvaram ki, Türkiyə cəmiyyəti bu müraciətimizi də bütövlükdə yaxşı qəbul edir?. Müsahibimiz onu da bildirib ki, bu dönəmdə parlamentin fövqəladə iclasının keçirilməsi də çox yaxşı olardı: ?Əlbəttə ki, danışıqların intensivliyinin artması və həmçinin yarana biləcək geosiyasi şəraitlər bizi də narahat edir. Mən burada cənab prezidentin mövqeyini vurğulamaq istərdim. Son hadisələr fonunda göründü ki, ortada ölkənin maraqlarını və mənafelərini qətiyyətlə müdafiə etmək nümunəsi var. Bundan əlavə, bu məsələ ilə bağlı cəmiyyətin fəallığı, özünün təşkilatdırılması və müəyyən ünvanlara yönəlik addımların intensivliyi də artıb. Həmçinin parlamentin də çevik addımlar atmasına ehtiyac var. Parlamentin sədri ötən dövr ərzində dəfələrlə bir insan olaraq, həm də spiker kimi bu mövzuya münasibətini, rəsmi və qeyri-rəsmi narahatlıqlarını bölüşüb. Mən əminəm ki, bu çağırışım da müsbət qarşılanacaqdır?. Z.Oruc gələcəkdə türkiyəli həmkarları ilə görüşəcəklərini də nəzərə çatdırıb: ?Ümumiyyətlə, nəzərdə tutulur ki, aprelin 14-ü və 17-si arasında Türkiyənin aparıcı siyasi partiyaları və parlament təşkilatlarının təmsilçilərilə görüşlər olsun. İlkin olaraq, onların nümayəndələri çağırışlara müsbət reaksiya veriblər. Yəqin ki, iştirak edəcək nümayəndələr müəyyənləşəcəkdir. Çox ümidvarıq ki, bu tədbir aprelin ortalarında baş tutacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA