islamçı Demokratlar bələdiyyə yox, 2010 parlament seçkisinə hazırlazır

img

07-04-2009 [01:12]


?Açığı, əvvəlki dönəmlərdə olduğu kimi bu dəfə də müxalifət bələdiyyə seçkisinə yönəlik uğurlu start mövqeyində durub. Bu mənada düşərgənin müəyyən bir kəsiminin seçkidə birgə iştirakla bağlı mövqe nümayiş etdirməsi normal haldır?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı bildirib. Bununla belə AİDP sədri nəticənin uğurlu olacağına az inanır: ?Bunun bir sıra səbəbləri var. Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin aktiv təbəqəsi təkcə müxalifət partiyalarından ibarət deyil. Amma çox təssüf ki, müxalifət özünə qapanaraq aktiv təbəqənin içərisinə girə bilməyib. Özlərini cəmiyyətin düşünən beyni kimi təqdim etməyə çalışıblar. Zənnimcə bizim müxalifətin ən böyük səhvi, apardığı siyasətin əsas səbəbi məhz bu məqamlardır?. AİDP sədrinin fikrincə, müxalifətin bu siyasəti daha çox iqtidarın apardığı siyasətə bənzəyir və daim iqtidardan asılı olduğunu göstərir: ?Hesab edirəm ki, müxalifət ötən müddət ərzində ictimaiyyətin qayğısına qalmaq yolu ilə onda özünə inam yaratmalı idi. Cəmiyyətin maariflənməsi prosesi həyata keçirilməli, təbəqələr arasında rabitə yaradılmalı, ürək genişliyi və sədaqət ortalığıa qoyulmalı idi. Amma çox təssüf ki, bu proseslər zəif aparılıb. Bu mənada müxalifətin ötən seçkilərdə olduğu kimi bu dəfəki bələdiyyə seçkilərində də boykot yolu seçəcəkləri bəllidir. Bununla belə hesab edirəm ki, yenə gec deyil. Yalan və görüntülərdən imtina edib, ortalığa səmimiyət qoymaqla düzgün taktika seçilməlidir. Böyük yerlərdə oturub, böyük işlər görmək istəyən insanlar yüksək mənviyyat və əxlaq nüsayiş etdirməlidirlər. 21-ci əsrin Türk əsri olmasını arzulayan ictimai-siyasi xadimlər vahid platformadan, vahid mövqedən çıxışı edərək ortaya siyasi iddia qoymalıdırlar. Qardaş Türkiyədə keçirilən, həm dünyaya, həm də bizə nümunə ola biləcək bələdiyyə seçkiləri təcrübəsindən yararlanmaq da mümkündür?. AİDP-nin bələdiyyə seçkisində iştirak edib-etməyəcəyinə gəlincə, T.Abbaslı rəhbərlik etdiyi təşkilatın bu prosesə qatılmayacağını deyib: ?Bu ilk növbədə bələdiyyələrin səlahiyyətsiz bir qurum olmasılı ilə bağlıdır. Digər tərəfdən ötən bələdiyyə seçkilərinin saxtakarlıq şəraitində keçirilməsi və cəmiyyətə sərf etməyən şəkildə nəticələnməsi bizi bu prosesdən kənarda qalmağa vadar edir?. AİDP sədri 2010-cu ildə keçiriləcək parlament seçkilərini hədəf götürdüklərini bildirib: ?Gələn il keçiriləcək parlament seçkilərində iştirak etməyə iddialıyıq. Mən və partiyanın bir neçə üzvü seçkiyə qatılmaq niyyətindəyik. Ona görə də hazırlığımızı bu hədəf istiqaəmtində quracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA