Vəhdət Partiyası qarzıdan gələn bələdiyyə seçkilərində təkbazına iztirak edəcək

img

31-03-2009 [07:09]


?Biz hələ bir müddət əvvəl Siyasi Şuranın iclaslarının birində qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək barədə qərar vermişdik. Ancaq referendumu gözlədik ki, ondan sonra yekun qərar qəbul edək. Onu da nəzərə çatdırım ki, aprelin 6-da Siyasi Şurada bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq?. Vəhdət Partiyasının sədri Tahir Kərimli bu sözləri Müstəqil İnformasiya Agentliyinə (MİA) deyib. T.Kərimlinin sözlərinə görə, bəribaşdan demək olar ki, Vəhdət Partiyası bələdiyyə seçkilərində iştirak edəcək: ?Hazırda ciddi hazırlıq işləri gedir, namizədlərin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılır. Yəqin ki, yaxın müddətdə Baş Məclis çağırılacaq və bələdiyyə seçkilərinə rəsmi start verilməsi ilə bağlı rəsmi qərar veriləcək. Bu qərardan sonra hüquqi baxımdan seçkilərdən iştirak edəcəyik?. Tahir Kərimli onu da qeyd etdi ki, Vəhdət Partiyasında bələdiyyə seçkilərində təkbaşına iştirak etmək istəyi çoxluq təşkil edir. Amma Vəhdət sədri bu seçkilərdə də hər hansı bir koalisiyanın yaradılmasının mümkünlüyünü də istisna etmədi: ?Ola bilsin ki, kimlərsə bizimlə əməkdaşlıq etmək üçün müraciət etsin, o zaman partiyada müzakirə edib qərar verərik. Ancaq hələki bələdiyyə seçkilərində təkbaşına iştirak etmək fikrindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA