Sərdar Cəlaloğlu Siyavuz Norvuzovla razılazmır

img

06-04-2009 [05:04]


[b]ADP sədri hesab edir ki, YAP-çıların nə deməyindən asılı olmayaraq müxalifət referendumun nəticələrinə düzgün qiymət verib [/b] ?Biz elan edilmiş ümumi rəqəmlərlə Azərbaycandakı real seçici sayını tutuşdurduq və gördük ki, Mərkəzi Seçki Komissiyası saxta nəticələr elan edib. Fakt odur ki, referendumda seçici aktivliyi olmayıb. Ona görə də nəticələrin qeyri-legitim olması barədə qərar qəbul etmişik?. Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Müstəqil İnformasiya Agentliyinə (mia.az) YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun müxalifətin referendumun nəticələri barədə bəyanatının əsassız olmasıyla bağlı açıqlamasına münasibət bildirərkən deyib. Məlumat üçün bildirək ki, YAP-çı deputat referendum zamanı müxalifətin 250 müşahidəçisinin və onların müşahidlərinə əsasən referenduma münasibət bildirməyin yanlış olduğunu söyləyib. S.Cəlaloğlunun sözlərinə görə, hakimiyyət həmişə özünə sərf edən formada bəyanatlar səsləndirir: ?Başqa vaxt hökumət özü elan edir ki, 2 milyondan artıq Azərbaycan vətəndaşı ölkəni tərk edib. Amma seçkiyə gələndə guya seçicilərin hamısı ölkədə olur. Fakt odur ki, MSK-nın elan etdiyi həmin o 70 faizin bir hissəsi, ümumiyyətlə, Azərbaycanda yaşamır. Yəni seçicilər yüzdə yüz seçkiyə gəlsə belə, ölkədə bir o qədər seçici yoxdur. Biz referendumu müşahidə etmişik. Özü də əsasən seçici aktivliyi daha çox olan məntəqələrdə müşahidələr aparmışıq. Hansı ki, ora insanlar daha çox gəlir, hökumət o məntəqələrə daha çox adam gətizdirir. O məntəqələrdə apardığımz müşadilərin nəticələrindən bir qədər də artıq nəticələri qəbul etmişik. Yəni bizim müşahidə etdiyimiz məntəqələrdə 3-5 faiz Adam gəlib, amma biz bunu 15 faizə qədər qəbul etmişik?. Siyavuş Novruzovun məsələylə bağlı mövqeyinə gəlincə, ADP sədri YAP-çı deputatın bu cür danışmasını təbii qarşıladığını bildirib: ?Birincisi, mən Siyavuş Novruzovun açıqlamaları üzrə ekspert deyiləm ki, onun hər sözünə münasibət bildirəm. Digər tərəfdən o, hakim partiyanın nümayəndəsi olaraq, öz mövqelərinin əsaslı olduğunu sübuta yetirməyə çalışmalıdır. Amma fakt odur ki, bu referenduma lazım olan 25 faiz gəlməyib. Bunu xalq da, hakimiyyətin özü də yaxşı bilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA