isa Qəmbər: ?Bu referendum hakimiyyətin ömrünü qısaltdı?

img

20-03-2009 [01:39]


?Azərbaycan vətəndaşları martın 18-də göstərdiyi siyasi iradə və siyasi mədəniyyətlə böyük və iradəli xalq olduğunu bir daha sübut etdi. Xalq müxalifətin çağırışını qəbəl etdi. Həm də bizim gözlədiyimizdən də böyük faizlə?. RİA-nın məlumatına görə, bu barədə jurnalistlərə 18 mart referendumunun nəticələrini şərh edən Azərbaycanın ana müxalifəti olan Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. ?Uzun müddətdən bəri xalqın konkret bir siyasi qərar qəbul etdiyinin şahidi olduq. Əgər son illərdə biz xalqdan biganəliyin şahidi olurduqsa, referendum günü konkret bir siyasi məsələyə münasibətinin iradəsinin şahidi olduq. Xalq Əliyevlər rejiminə yox dedi?, - İsa Qəmbər əlavə edib. Müsavat başqanın fikrincə hazırkı Azərbaycan iqtidarının ömrünün uzadılmasına hesablanmış bu referendum, əksinə iqtidarın ömrünü qısaldacaq. ?Bu adi söz deyil, təhlil nəticəsində ortaya çıxan bir nəticədir. Bu referendum Əliyev hakimiyyətinin bazasını ciddi şəkildə sarsıtdı. Bu referendum hakimiyyətin içərisində də narzılığı artırdı. Çünki hakimiyyətin içərisində nə zamansa İlham Əliyevi əvəz edib o vəzifəyə gəlmək istəyənlər var idi. Əsas amillərdən biri də referendumla bağlı verilən beynəlxalq birliyin rəyidir. Bir neçə ay əvvəl Venesiya Komissiyası rəy verirdisə ki, Azərbaycanda demokratikləşmə prosesi gedir, hakimiyyət ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanuna dəyişdirib. Amma Venesiya Komissiyasının indiki rəyində aydın şəkildə göstərilir ki, Konstitusiya dəyişikliyi ilə bağlı həyata keçirilən referendum geriyə addımdır, demokratiyaya ziddir, Azərbaycanı Avropadan məsafələndirir?, - deyə Müsavat başqanı fikrini əsaslandırmağa çalışıb. Həmçinin o qeyd edib ki, hakimiyyətin ömrünü qısaldacaq ən ciddi amillərdən biri də referendumda müxalifət faktoru oldu. ?Bu referendumda müxalifət qısa bir müddətdə toparlandı, düzgün siyasi qərarlar qəbul etdi, lazımı işləri qısa müddətdə təşkil edə bildi, ən önəmlisi də müxalifətlə xalqın, cəmiyyətin bütövləşməsi baş verdi. Mən əminəm ki, bütün bu amillər hakimiyyətin ömrünü qısaldacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və ümid edirəm ki, qısa müddətdə bu mübarizə Azərbaycan xalqının qələbəsi ilə başa çatacaq?, - İsa Qəmbər vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA