Azərbaycanın ərazi bütövlüyünü NATO dəstəkləyir

img

05-04-2009 [07:54]


NATO-nun 60 illiyi ilə əlaqədar keçirilmiş ikigünlük zirvə toplantısında qəbul edilmiş 62 maddədən ibarət bəyamnamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bəyamnamənin münaqişələrlə bağlı 58-ci bəndində NATO-nun Cənubi Qafqaz və Moldava ərazilərindəki münaqişələrin mövcudluğundan ciddi narahatçılıq keçirdiyi bildirilir. "Tərəflər münaqişəni silah gücünə deyil, konstruktiv danışıqlar və sülh yolu ilə həllinə çalışmalıdırlar". Alyans tərəfləri bölgənin sabitliyini və təhlükəsizliyini təhlükə altına alan addımlardan çəkinməyə çağırıb. Sənəddə bildirilir ki, NATO Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın və Moldovanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmamilə dəstəkləyir, münaqişələrin sülh yolu ilə həlli istiqamətində göstərilən bütün səyləri bundan sonra da dəyərləndirəcək. Bəyamnamədə, Alyansa daxil olan ölkələrin ATƏT-in Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətindəki səylərini yüksək qiymətəndirməsi və bunun regionun təhlükəsizliyini təmin edilməsində xüsusi rol oynadığı qeyd edilib. NATO-nun yekun sənədində Rusiyaya qarşı isə sərt tələblər yer alıb. Sənəddə bildirilr ki, NATO-Rusiya tərəfdaşlığı Avroatlantik regionda təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan strateji elementdir. Bəyanatda qeyd olunub ki, əməkdaşlığın ümumi təhlükəsizlik təhdidlərinə qarşı birlikdə və təsirli şəkildə cavab verməsi üçün Rusiya ilə alyans arasında dialoq çox əhəmiyyətlidir. Təşkilat bundan sonra da Rusiya ilə münasibətlərdə ortaya çıxacaq irəliləyişləri dəyərləndirəcək. Sənəddə habelə, Rusiya təkidlə 12 avqust və 8 sentyabr 2008-ci il tarixlərində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə dəvət edilir və onun üzərinə öhdəlik kimi götürdüyü ərazilərdən çəkilməsi mühüm hesab olunur. Sənəddə Rusiyanın separatçı rejimlərin müstəqilliyinin tanınması pislənilib, bu qərarın ləğvi tələb olunub, bu tanımanın NATO-Rusiya eləcə də ATƏT və BMT Təhlükəsizlik Şuralarının söykəndikləri dəyər və prinsiplərə zidd olduğu bildirilib. Gürcüstan hökumətinin razılığı olmadan həmin ərazilərdə hərbi bazalarının olmasından ciddi narahatlıq da ifadə olunub. Bəyannamədə deyilir: ?NATO-Rusiya şurası tərəfləri maraqlandıran bütün məsələlərə dair müzakirələr üçün siyasi dialoq tribunası olmalıdır. Biz əminik ki, bu şuranın potensialından tam istifadə olunmur. Buna görə də biz onun effektivliyini və faydalılığınn imkanların dəyərləndirməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA