Harun Yəhya Azərbaycanla Türkiyənin birləzməsini təklif edir

img

05-04-2009 [07:04]


[b]"Azərbaycan və Türkiyə birləşməlidir. Bu, sosial sifarişdir. Türk-islam birliyinin gələcəyi iki qardaş xalqın ortaya qoyacağı siyasi iradədən asılıdır". [/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Türkiyənin tanınmış fikir adamlarından olan Harun Yəhya deyib. H.Yəhya bildirib ki, Osmanlı imperiyasının dövlət quruluşu birlik modeli kimi götürülə bilər: "Bu birlik içində hər iki respublika özünün unitar dövlət quruluşunu qoruyacaq. Dərhal sərhəddəki gömrük keçid məntəqələri ləğv olunmalı, insanların sərbəst inkişafına mane olan bütün problemlər aradan qaldırılmalıdır. Ölkələrimiz arasında mənəvi-siyasi bağların güclənməsi üçün bu çox vacibdir". H.Yəhyanın sözlərinə görə, türk-islam birliyinin yaranması bu coğrafiyada mövcud olan problemlərin həllini sürətləndirəcək: "Avropa Birliyində dili, dini, mədəniyyəti, adət-ənənəsi bir-birindən fərqli olan xeyli millət yaşayır. Amma biz eyni dinin, eyni mənəvi dəyərlərin daşıyıcılarıyıq. Türk-islam birliyi dünyada barışın, sevginin, təhlükəsizliyin qarantı olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA