Rasmussen NATO-nun Baz katibi oldu

img

04-04-2009 [11:11]


Danimarkanın Baş naziri Anders Foq Rasmussen NATO-nun yeni Baş katibi seçildi. Rasmussen səlahiyyətlərinin icrasına avqustun 1-dən başlayacaq. Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu posta əsas namizəd olan Danimarkanın baş naziri Anders Foq Rasmussenin əleyhinə çıxmış və onun seçilməsinə veto qoymuşdu. Ərdoğan Rasmussenin PKK məsələsində, eləcə də danimarkalı karikaturaçının Məhəmməd peyğəmbərin karikaturasını çəkərək qalmaqal yaratdığı dövrdə tutduğu mövqedən narazılığını bildirib və onun namizədliyinin əleyhinə çıxıb. Ərdoğan NATO baş katibi postuna digər namizəd axtarmağı məsləhət görmüşdü. Nəticədə, NATO-nun yeni lideri ilə bağlı məsələnin müzakirəsi aprelin 4-nə təxirə salınmışdı. Türkiyə mediası xəbər verir ki, Türkiyə Rasmussenin Baş katib seçilməsinə razılığı aşağıdakı şərtlər qarşılığında verəcəyini bildirib: - NATO Baş katibinin müavini türk olacaq; - Baş katibliyin tərksilah üzrə üzvü türk olacaq; - Əfqanıstandakı NATO təmsilçisi türk olacaq? Rasmussenin seçilməsindən dərhal sonra Ərdoğan məsələ ilə bağlı açıqlama verib. Baş nazir bildirib: ?Narahatlıqlarımızı toplantıda bəyan etdik. Bu gün səhərdən başlayaraq, yenidən Avropa liderləri ilə və Prezidentimizlə görüşüb, müzakirələr apardıq. Məsələnin hörmətli cənab Obamanın qarantiyası ilə həll olunduğu bildirildi. Yalnız bundan sonra Prezidentimiz razılığını verdi. Narahatlığımıza səbəb olan məsələlərin həllini tapacağına ümid edirik?. Ərdoğan bildirib ki, vetonun qaldırılmasının qarşılığında onlara aşağıdakılar vəd edilib: - PKK-ya məxsus Roj TV-nin yayımının dayandırılması; - İslam ölkələri ilə dialoq; - Baş katibin müavinlərindən birinin türk olması? Baş nazir deyib: ?Yeni başlayan mərhələdə NATO-nun ən güclü ikinci ölkəsi olaraq burada ən sağlam qərarın qəbul edilməsinə çalışdıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA