Qarabağ və Respublika Uğrunda Hərəkatdan qopmalar bazlayıb

img

04-04-2009 [04:43]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının təsisçilərindən biri Azərbaycan Naminə İcimai Forumun prezidenti Eldar Namazovun sözügedən qurumdan çıxacağı ilə bağlı məlumatlar gündəmə gəlib. Hərəkatın digər üzvlərinin açıqlamalarında da E.Namazovun qurumdan uzaqlaşacağı təsdiqlənir. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən hərəkata daxil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə S.Cəlaloğlunun fikirlərinin mətbuatda bir qədər qeyri-dəqiq getdiyini düşünür. Onun sözlərinə görə, hərəkat olduğu kimi saxlanılacaq və orada Qeyri Hökumət Təşkilatları da fəaliyyət göstərəcək: ?Amma bələdiyyə seçkilərinə qoşulan və bu seçkilərdə birgə iştirakı nəzərdə tutan ilkin razılaşmada Eldar Namazov olmayacaq. Çünki onun bələdiyə seçklərində iştirak etmək üçün təşkilatı yoxdur. Eyni zamanda seçkidə Qeyri Hökumət Təşkilatılarının siyasi partiyalarla birliyi qanunla qadağan olunur. Deyilənlərdə də bu, nəzərdə tutulub. Ola bilsin, jurnalist ona başqa cür yanaşıb. Güman edirəm ki, bu məsələlərdə ən doğru olan mövqe indi ifadə etdiyim kimidir. Sərdar bəy də bunu nəzərdə tutub ki, bələdiyyə seçkilərindəki birlikdə Eldar Namazov olmayacaq. Ona görə ki, bələdiyyə seçkilərində iştirakı üçün Eldar Namazovun nə adamları, nə təşkilatı, nə strukturları yoxdur?. İ.Ağazadə onu vurğulayıb ki, E.Namazovun dediyi kimi, əvvəlcədən hərəkatın formatı ilə bağlı fikir ayrılıqlarından xəbərsizdir: ?Bir də ki, hansısa təşkilatda təmsil olunmaq könüllülük Prinsipi ilə olmalıdır. Ayrı-ayrı təşkilatlar kiminsə üzərində diqtə edə bilməz. Hər bir şəxs özü seçir, bu da Eldar Namazovun seçimi ola bilər. Açığını deyim, mənb ümumiyyətlə, siyasi partiya formatına ayrı-ayrı şəxslərin, yaxud da QHT nümayəndəsinin salınmasının tərəfdarı deyiləm. Eldar bəy özü də bilməlidir ki, bu formatda bərabər statusda çıxış edə bilməz. Çünki bizim təşkilatımız, yerlərdə strukturlarımız var. İmzatoplama kampaniyasından tutmuş, texniki xərclərə qədər biz təşkilat səviyyəsində fəaliyyət göstəririk. Orada bərabərhüquqlu iştirakdan söhbət gedəcəksə, yükün bir hissəsi də Eldar bəyin üzərinə qoyulacaq. Təşkilatı olmadan da bunu etmək mümkün deyil. Onda necə alınacaq? Biz kiminsə əvəzinə işləməli deyilik. Ona görə də hesab edirəm ki, formatın özünə doğru dürüst yanaşmaq lazımdır. Format siyasi formatdırsa, orada məhz siyasi partiyaların iştirakı daha doğrudur?. Müsavat Partiyası mərkəzi İcra Aparatının rəhbəri Arif Hacı məsələylə bağlı aparılan müzakirələrdə iştirak etmədiyini bildirib: ?Ancaq bilirəm ki, referendum kampaniyası dövründə Eldar Namazov hrəkatın işində iştirak etmədi. Bu barədə səbəblər irəli sürülmüşdü, gah onun səhhətindəki problemlərdən, gah da Azərbaycanda olmamasından danışıldı. Onun hərəkatdan kənarlaşdırılması ilə bağlı fikirlərin motivi yalnız referendum kampaniyası dövründə hərəkatın işində iştirak etməməsi ilə bağlı ola bilər?. Əvvəlcədən fikir ayrılıqlarının olması ilə bağlı məsələyə gəlincə, A.Hacılı dedi ki, E,Namazovun hərəkatda hansısa məsələylə bağlı fikir ayrılığının olması ilə barədə məlumatı yoxdur və onun özü də bu barədə heç vaxt heç nə deməyib. Bu səbəbdən də Müsavat yetkilisi E.Namazovun fikirlərinin anlaşılmadığını söyləyib: ?Əgər formatla bağlı, yaxud hansısa başqa problem var idisə, mənə elə gəlir ki, Eldar bəyin öz fikrinin bildirməsi üçün imkanları olub. Bu səbəbdən onun açıqlaması mənim üçün qəribə göründü?. A.Hacılı sonda onu da qeyd edib ki, hərəkatda Müsavat Partiyasını İsa Qəmbər təmsil etdiyi üçün Namazovun kənarlaşdırlıb-kənarlaşdırılmaması məsələsi ilə bağlı o, fikir səsləndirə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA