Mubariz Əhmədoğlu Konstitusiya dəyizikliklərini təqdir edir

img

16-03-2009 [05:54]


SİTM sədri referenduma çıxarılan dəyişkiliklərin Azərbaycanın xeyrinə olduğunu deyir ?İlham Əliyev Konstitusiyanı dəyişmədən də hakimiyyəti uzun müddət əlində saxlaya bilər. 18 mart referendumunun əsas məqsədi bu deyil. Beynəlxalq iqtisadi böhran dünyanın iqttisadi-siyasi mənzərəsinə ciddi təsir göstərib. Buna görə də qloballaşma dövründə siyasi vəziyyət mümkün qədər sabit saxlanılmalıdır?. Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mubariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Referenduma çıxarılan maddələri şərh edən politoloq 40 min seçiciyə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququnun verilməsinin iddiaların əksinə olaraq Ermənistanın deyil, Azərbaycanın xeyrinə olduğunu vurğulayıb: ?Hazırda Dağlıq Qarabağda təxminə 140 min erməni yaşayır. Qondarma respublikada keçirilən sonuncu seçkilərdə 92 min seçici səsvermədə iştirak edib. Münaqişənin həllindən sonra Dağlıq Qarabağa təxminən 70-75 min azərbaycanlının köçəcəyi proqnozlaşdırılır. Bu isə 40 min seçici deməkdir. Əgər gələcəkdə Dağlıq Qarabağın erməni rəhbərliyi orda yaşayan azərbaycanlılara təzyiq etsə, onlar qanunvericilikdə əksini tapacaq bu hüquqdan yararlana biləcəklər. Bu isə Konstitusiyaya edələcək məlum dəyişikliklərin Azərbaycan xalqının marağına xidmət etdiyini söyləməyə əsas verir?. M,Əhmədoğlu Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub. SİTM sədri deyib ki, son vaxtlar Türkiyənin xarici siyasətində baş verən dəyişikliklər daha çox bu ölkənin daxilində gedən demokratik proseslərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan həmişə Türkiyənin dövlət maraqlarını da öz maraqları ilə bərabər qoruduğu üçün rəsmi Ankaranın narazılığına əsas yoxdur: ?Dünya bazarında qazın bir kubmetri 450 dollardır. Türkiyə Azərbaycan qazının 1 kub.m.-ni 140 dollara alıb, 450 dollara satmaq istəyir. Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin maraqlarını əsas götürməsi bəzən qarşı tərəfi qıcıqlandırır?. Sonda politoloq son illər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlərin baş verdiyini də qeyd edib: ?19 noyabr 1989-cu ildə ABŞ senatı Dağlıq Qarabağda yaşayan ermənilərin və yəhudilərin öldürüldüyünü əsas iddia edərək Azərbaycanın əleyhinə qərar çıxarıb. Amma indii ABŞ Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Dağlıq Qarabağ münaqişəsi başlayanda Rusiya ermənilərlə birlikdə azərbaycanlıları qətlə yetirirdi, amma indi rəsmi Moskva açıq şəkildə bəyan edir ki, Rusiyanın rəhbərliyi altında yaradılan qoşun bölmələri MDB məkanındakı münaqişələrə müdaxilə etməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA