?israildə yeni hökumətin yaranması Azərbaycanla qarzılıqlı əlaqələrin daha da inkizafına səbəb olacaq?

img

03-04-2009 [09:07]


[b]Artur Lenk: ?Yeni hökumətin formalaşması sadəcə daha böyük inkişaf üçün bir təkan olacaq? [/b] ?İsraildə yeni hökumətin yaranması Azərbaycanla qarşılıqlı əlaqələrin daha da inkişafına səbəb olacaq?. Bunu İsrailin Azərbaycandakı səfiri Artur Lenk bəyan edib. ?Mən hesab edirəm ki, İsraildə yeni hökumətin yaranması Azərbacanla İsrail arasındakı qarşılıqlı əlaqələrə heç bir mənfi təsir göstərməyəcək. Əksinə, bu əlaqələri daha da inkişafa doğru aparacaq. 1999-cu ildə indiki Baş nazir Netanyahu Azərbaycana gəlmişdi. O, Azərbaycanla əməkdaşlığın vacibliyini başa düşən bir insandır. Baş nazirin birinci müavini və xarici işlər nazirləri də əvvəllər Azərbaycanda olublar. Onu bildirmək istəyirəm ki, yeni hökumətin formalaşması sadəcə daha böyük inkişaf üçün bir təkan olacaq. Əminəm ki, hökumətin yeni nümayəndələri Azərbacana səfər edərək əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olacaqlar?,-deyə A. Lenk bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA