AMiP-dən Sərdar Cəlaloğluna sərt cavab

img

02-04-2009 [07:11]


[b]Əli Orucov: ?Kiminlə əməkdaşlıq etməyi AMİP-in özü müəyyənləşdirir. Ona görə də Sərdar bəyin bizim adımızdan danışmağa haqqı yoxdur? [/b] ?Sərdar Cəlaloğluna məsləhətim odur ki, əvvəlcə düşünsün ki, AMİP həmin qüvvələrlə əməkdaşlıq etmək istəyir, ya yox. Ondan sonra deyər ki, bizimlə əməkdaşlıq etmək istəmirlər. Kiminlə əməkdaşlıq etməyi AMİP-in özü müəyyənləşdirir. Ona görə də Sərdar bəyin bizim adımızdan danışmağa haqqı yoxdur?. Müstəqil İnformasiya Agentliyinə (MİA) ADP sədri Sərdar Cəlaloğlunun birləşmiş müxalifətin AMİP-lə əməkdaşlıq etməyəcəyi barədə açıqlamasına münasibət bildirən Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov bu sözləri deyib. AMİP yetkilisi onu da qeyd edib ki, hədəfləri bəlli olmayan qüvvələrlə əməkdaşlıq barədə düşünmək fikirləri yoxdur. Ə.Orucov buna baxmayaraq demokratik qüvvələrin birgə mübarizəsinin tərəfdarı olduqlarını vurğulayıb: ?Biz həmişə müxalifətin inteqrasiyasının, əməkdaşlığın tərəfdarı olmuşuq. Dəfələrlə bu istiqamətdə addımlar atmışıq. Çox təəssüflər olsun ki, bu siyasətlə məşğul olan bəzi müxalifətçi dostlarımız bilərəkdən yaxub bilməyərəkdən bu kimi açıqlamalar verməklə müxalifətin birliyinə nail olmaq istiqamətində atılan addımları əngəlləməyə çalışırlar. Bələdiyyə seçkilərinə gəlincə, bir partiya olaraq seçkilərdə iştirak etmək niyyətimiz var. Hələ indidən nəyisə qəti şəkildə söyləmək tezdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA