Qarabağ və Respublika Uğrunda Hərəkat DUi-yə əməkdazlıq təklif edir

img

01-04-2009 [06:42]


[b]?Biz prinsipcə Klassik Xalq Cəbhəsi Partiyasının Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan altı partiya ilə birgə bələdiyyə seçkilərində vahid ittifaqda təmsil olunmasının tərəfdarıyıq. Hesab edirəm ki, demokratik qüvvələrin bir yerdə olması məqsədəuyğundur?. [/b] Bu barədə hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumt verib. Demokratiya Uğrunda İttifaqda təmsil olunan digər partiyalara gəldikdə isə Əvəz bəy ?Biz onlara hörmətlə yanaşırıq, kimisə aşağılamaq niyyətində deyilik və hesab edirik ki, indiki məqamda DUİ-yə daxil olan partiyaların bələdiyyə seçkilərində altı partyanın itifaqına KXCP formatında qoşulması ən optimal çıxış yoludur?. ALP yetkilisi onu da qeyd etdi ki, hərəkat olaraq KXCP-yə rəsmi müraciət etməyiblər, ancaq əgər KXCP və DUİ-yə daxil olan digər partiyalar əməkdaşlıq istəyində olsalar, yuxarıda göstərilmiş qaydada əməkdaşlıq etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA