Bu gün Parisdə AŞPA-nın büro iclasında Azərbaycanla bağlı müzakirələr aparılacaq

img

13-03-2009 [12:14]


Həmməruzəçilərin fevralın 4-8-i aralığında Azərbaycana səfəri barədə şifahi hesabatı dinləniləcək Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) büro iclasında Azərbaycanla bağlı müzakirələr aparılacaq. Assambleyanın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın fevralın 4-8-i aralığında Azərbaycana səfəri barədə şifahi hesabatı dinləniləcək. Habelə siyasi məhbus və yeni məruzəçi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıla bilər. Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidovun iclasda iştirakı gözlənilir. Müzakirələrdə həmçinin Ermənistan, Rusiya, Serbiya və Monakoda keçirilmiş prezident seçkilərinə dair fikir mübadiləsi aparılacaq. Bundan sonra büro qurumun aprel sessiyasının gündəliyini təsdiqləyəcək. Bu gün həmçinin Avropa Şurası Venesiya Komissiyasının növbədənkənar plenar sessiyasında Azərbaycan Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər müzakirə olunacaq. Əsas qanuna təklif olunmuş və martın 18-də referenduma çıxarılacaq əlavə və dəyişikliklərə hüquqi qiymət verilməsi üçün AŞPA tərəfindən Venesiya Komissiyasına zəruri sənədlər bir neçə gün əvvəl təqdim olunub. Xatırladaq ki, dəyişikliklər paketində əsas yeri bir şəxsin ölkə prezidenti vəzifəsinə fasiləsiz olaraq iki dəfədən artıq seçilməsini qadağan edən müddəanın çıxarılması tutur. /ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA