Zəlimxan Məmmədli KXCP-nin bələdiyyə seçkilərinə müxalifətlə birgə getməməsini pisləyir

img

01-04-2009 [05:17]


?Hər halda birlik cəmiyyətdə alqışlanır. Azərbaycanın taleyi, indiki vəziyyəti demokratik qüvvələrin birliyini tələb edir. Bu səbəbdən də mən Qarabağ və Respublika Uğrunda Hərəkatda birləşən partiyaları birliyi qoruyub saxladıqlarına və bundan sonra da davam etdirdiklərinə görə təbrik edirəm?. Bu sözləri Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisin sədri Zəlimxan Məmmədli Müstəqi İnformasiya Agentliyinə (MİA) birləşmiş müxalifətin qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak etməsi məsələsinə münsibət bildirərkən deyib. Onun sözlərinə görə, indiki mərhələdə demokratik qüvvələrin bir arada olması olduqca vacibdir. Z.Məmmədli belə bir şəraitdə kənarda durmanın fəlsəfəsini başa düşmədiyini də vurğuladı: ?Mən Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların belə bir qərar verməsini indiki vəziyyətə adekvat addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, əgər bir yerdə olmağa qərar veriblərsə, seçkilərdə ciddi dəstək də qazana biləcəklər. O baxımdan düşünürəm ki, Klassik Xalq Cəbhəsi Partiyası bu birlikdən kənarda qalmamalıdır. Bizim ideologiya, partiyanın keçmişi, onun liderinin yolu birlik yoludur. Biz də bu yolu tutmalıyıq. Bir zamanlar iddialar var idi ki, bizi kənara qoyanlar var. İndi bu da yoxdur, müraciətlər olur. Ancaq bu müraciətlərə sayğısızlıq olursa, deməli, hər kəs öz bildiyini edir. Şəxsən mən KXCP-nin müxalifətin birliyindən bu dəfə də kənarda qalmasını düzgün hesab etmirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA