Türkiyədə keçirilən bələdiyyə seçkilərində AKP qalib gəldi

img

30-03-2009 [12:41]


[b] Rəcəb Tayyib Ərdoğan nəticələri musbət qiymətləndirsə də, partiyasının topladıgı səs faizlərini qənaətbəxş hesab etməyib [/b] Türkiyədə keçirilən bələdiyyə seçkisinin ilkin nəticələri artıq bəllidir. Nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası öndədir. İlkin nəticələrə görə Ədalət və İnkişaf Partiyasına seçicilərin 39,1 faizinin. Cumhuriyyət Xalq Partiyası 25,8 faizini. Millətçi Hərəkat Partiyası isə 16,3 faizinin səsini alib. İstanbulda hakim partiyanın namizədi Kadir Topbaş 43,8 faiz, partiyanın Ankaradakı namizədi Məlik Gökçek isə 37,5 faiz səs toplaya bilib. Istanbulda Kadir Topbaş CXP-çi Kamal Kılıçdaroğlunu, Ankarada isə AKP-nin namizədi Melih Gökçək rəqibi Murad Qarayalçını geridə qoyaraq, 4-cü dəfə paytaxtın bələdiyyə sədri olub. Gecəyarisi açiqlama verən Rəcəb Tayyib Ərdoğan bu seçkidə də qalib gəldiklərini, nəticələri müsbət qiymətləndirdiyini desə də, partiyasının topladıgı səs faizlərini qənaətbəxş hesab etməyib. Belə ki, o partiyasının bəzi böyük şəhərlərdə yetərincə səs almamasından təəssüfləndiyini vurğulayib. Eyni zamanda Ərdoğan səsvermənin nəticələrini özləri üçün xalqın mesajı kimi dəyərləndirdiklərini də nəzərə çatdirıb. Seçki zamanı baş verən toqquşmalar tələfatsız ötüşməyib. Son məlumatlara görə, baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 93-ə çatıb. Ən böyük insident isə Şanlıurfa şəhərində baş verib. Burada baş verən iki ayrı toqquşmada 3 siyasi partiyanın tərəfdarları iştirak edib və odlu silahlardan istifadə edilib. Digər toqquşmalar isə Diyarbəkır, İqdır, Qars, Van və s. şəhərlərdə qeydə alınıb. Qeyd edək ki, Türkiyədə 48 milyon 6 min 650 səsvermə hüququ olan ölkə vətəndaşının səsverməsi üçün 177 min 50 məntəqə təşkil edilib. Seçkidə 16 böyükşəhər, 65 vilayət, 892 bölgə bələdiyyə sədrini, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52 min 765 məhəllə və kənd muxtarını, 3 min 284 bələdiyyə şurası üzvünü, eləcə də 33 min 868 bələdiyyə məclisi üzvü seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA