YAP-çı deputatdan AŞ PA-ya sərt ittiham

img

27-03-2009 [08:29]


[b]Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanda siyasi məhbus üzrə məruzəçinin təyin olunması Avropa Şurası tərəfindən atılan səhv addımdır[/b] ?Azərbaycanda siyasi məhbus məsələsi vaxtaşırı həm ölkə daxilində, həm Avropa Şurasında qaldırılıb. Həmişə Azərbaycan bu məsələni müzakirə etməyə hazır olduğunu bəyan edib, məsələylə bağlı öz fikrini bildirib və arqumentlərini ortaya qoyub. Məsələ ondadır ki, həmişə də Azərbaycanın mövqeyi ilə razılaşıblar. İndi isə siyasi məhbus üzrə məruzəçi təyin ediblər. Bu da yanlış addımdır?. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə deyib. YAP yetkilisinin sözlərinə görə, heç bir əsası olmadan, məsələni dərindən araşdırmadan AŞPA-nın Hüqüq Komitəsininin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etmək qərarı anlaşılan deyil. A.Mirzəzadə hesab edir ki, Avropa Şurası özünün bütün tarixində ən kobud səhvini edib: ?Bu təşkilat adından da göründüyü kimi, məsləhət edilən, birgə fəaliyyət göstərilən bir qurumdur. Təəssüf ki, Avropa Şurası bir məhkəmə orqanına çevrilib, orada təmsil olunan ölkələrin imicinin korlanması üçün heç bir məntiqə sığmayan adımlar atır. Bu baxımdan hesab edirəm ki, həmin addım səhvdir?. (MİA)

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA