Araz Əlizadə mövqeyindən geri çəkilmək niyyətində deyil

img

07-04-2009 [05:58]


?Əgər mən Lalə Şövkətin 2005-ci il parlament seçkilərində saxta yolla seçildiyini deyirəmsə və qarşı tərəf bunu qəbul etmirsə, yaxud əksini iddia edirsə, sübut eləsin. Mənim böhtan atdığımı bildirirlərsə, məhkəməyə versinlər. Mən həmişə öz sözümün arxasında dayanmağa hazıram?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib. Qeyd edək ki, A.Əlizadənin 2005-ci il parlament seçkilərində Lalə Şövkətin yox, Ayaz Mütəllibovun səs almasını, nəticələrin saxtalaşdırılmasını deməsi ALP sədr əvəzi Əvəz Temirxanın narazılığı ilə qarşılanıb. Belə ki, Ə.Temirxan ASDP həmsədrini böhtançı adlandıraraq, cavab verib onu hörmətə mindimək istəmədiyini vurğulayıb. A.Əlizadə isə dekdiklərini sübut etməyə hazır olduğunu nəzərə çatdırıb: ?Fakt istəyirlərsə, baxsınlar saat 6-ya olan ?exit-poll?a, bir də seçki qurtarandan sonra nəticəyə. Vəssəlam, qurtardı getdi. Onda hər şey aydın olacaq. Düzü, mən özüm Əvəz Temirxanın səviyyəsinə düşmək istəmirəm. Çünki mən o qədər aşağı səviyyəyə düşə bilmərəm. Çox qəribədir ki, hər dəfə Lalə Şövkətin əvəzinə Əvəz Temirxan meydana çıxır. Sanki Lalə Şövkətin vəkilidir. Yaxşı olar ki, bunun səbəbini açıqlasınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA