Möhsün Yazıçıoğlu helikopter qəzasında həlak olub

img

27-03-2009 [06:35]


Martın 25-də qəzaya uğrayan və içində Türkiyə Böyük Birlik Partiyasının (BBP) lideri, millət vəkili Möhsün Yazıçıoğlunun da olduğu helikopter tapılıb. Kahramanmaraşdan Yozqata gedərkən dağlıq ərazidə yerə düşən helikopteri və içindəki şəxsləri tapmaq üçün iki gündür aparılan axtarışlar nəticə verib. Qəzaya uğrayan helikopterdə M. Yazıçıoğlu ilə bərabər BBP-nin Sivas təşkilatının sədri Ərhan Üstündağ, onun müavini Yüksəl Yancı, BBP üzvü Murad Çətinqaya, ?İhlas? Xəbər Agentliyinin (İHA) müxbiri İsmayıl Günəş və pilot Qaya İstəktəpə də var. Son məlumata görə qəza nəticəsində Möhsün Yazıçıoğlu həlak olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA