içində Möhsün Yazıçıoğlunun da olduğu helikopter tapılıp

img

27-03-2009 [05:38]


[b]Aparılan axtarışlar nəticə verib[/b] Kahramanmaraşdan Yozqata gedərkən dağlıq ərazidə yerə düşən helikopteri və içindəki şəxsləri tapmaq üçün iki gündür aparılan axtarışlar nəticə verib. Qarlı və dumanlı hava şəraiti axtarışları xeyli çətinləşdirir. Martın 27-nə keçən gecə yerli vaxtla saat 00.15-də və səhərə yaxın saat 05.45-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən göndərilən helikopterlər kəskin hava şəraiti üzündən geri dönməyə məcbur olublar. Hazırda axtarış-xilasetmə tədbirlərində orduya məxsus 6 helikopter, 1 ?Casa? tipli təyyarə və 1707 hərbçi iştirak edir. Mülki xilasetmə qrupları da axtarışlara fasiləsiz davam edirlər. Ümumilikdə axtarış-xilasetmə tədbirlərinə 12 helikopter, 1 təyyarə və 2 mindən çox adam cəlb olunub. Qeyd edək ki, qəzaya uğrayan helikopterdə M. Yazıçıoğlu ilə bərabər BBP-nin Sivas təşkilatının sədri Ərhan Üstündağ, onun müavini Yüksəl Yancı, BBP üzvü Murad Çətinqaya, ?İhlas? Xəbər Agentliyinin (İHA) müxbiri İsmayıl Günəş və pilot Qaya İstəktəpə də var. Qəzadan dərhal sonra İ. Günəş mobil telefonu ilə 112 nömrəli təcili yardım mərkəzinə zəng edərək olay haqqında məlumat verib. Ayağının qırıldığını bildirən İ. Günəş Ə. Üstündağın da sağ olduğunu söyləyərək ?digərlərini görmürəm, yəqin ölüblər?, deyib. Telefon danışığı 22 dəqiqə davam edib və jurnalistin telefonunun enerjisi bitib. [b]Türkiyənin daxili işlər nazirinin son məlumatına görə BBP Genel Başkanı Muhsin Yazıcıoğlu və berabərindəkiləri aparan helikopter tapılıb. Hadisə yerindən ölen 4 nəfərin meyti taplıb. Onların arasında Yazıcıoğlu yoxdur.[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA