ABŞ dövlət katibi Ermənistan xarici izlər nazirinə məktub yazıb

img

26-03-2009 [05:08]


Məktubda Hillari Klinton Ermənistan-Amerika münasibətlərinə, regional məsələlərə və Ermənistan-Türkiyə münasibətlərinin həlli yollarına toxunub ABŞ dövlət katibi Hillari Klinton Ermənistan xarici işlər naziri Edvard Nalbandyana ünvanladığı məktubda Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsinin həllində hərtərəfli yardım etməyə hazır olduğunu bildirib. Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti xəbər verir ki, dövlət katibinin məktubunu Nalbandyanla görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza təqdim edib. Məktubda Hillari Klinton Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışığını xatırladaraq, Ermənistan-Amerika münasibətlərinə, regional məsələlərə və Ermənistan-Türkiyə münasibətlərinin həlli yollarına toxunub. Görüş zamanı Nalbandyan və Brayza, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA