irəvan Türkiyə ilə münasibətlərin nizamlanması məsələsində nikbindir

img

25-03-2009 [04:40]


Rəsmi İrəvan Türkiyə ilə münasibətlərin nizamlanması məsələsində nikbindir. Bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan ?Novosti-Armenia? agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşması, eləcə də Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində kifayət qədər uzun yol qət etdiklərini, tərəflər arasında danışıqların yaxşı məcrada davam etdiyini və bu məsələdə nikbin olduğunu bildirib. Ümid edirəm ki, biz məntiqi sonluğa çatacaq, münasibətləri nizamlayacaq, diplomatik əlaqələr quracaq və sərhədləri açacağıq. Ona da ümid edirəm ki, bu, yaxın vaxtlarda baş verəcək?. Qeyd edək ki, hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, sərhədlər isə 1993-cü ildən bağlıdır. Tərəflər arasında münasibətlərdə irəliləyiş isə 2008-ci il sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gülün İrəvana Ermənistan və Türkiyə yığmaları arasında 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununu izləmək üçün səfərindən sonra başlayıb. Müsahibəsi zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O , bildirib ki, Ermənistan münaqişə ilə bağlı danışıqların davam etdirilməsinə və müxtəlif səviyyəli yeni görüşlərin təşkil edilməsinə tərəfdardır. O, qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri bu yaxınlarda regionda - Azərbaycan, Ermənistan və Qarabağda olublar. "Danışıqlar prosesi davam edir, digər səviyyədə, o cümlədən həmsədrlər səviyyəsində görüşlərin keçirilməsi mümkündür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA