Abdulla Gülün erməni olduğunu deyən millət vəkili 1 Türk lirəsi məbləğində cəzalandırıldı

img

25-03-2009 [02:34]


Türkiyə prezidentinin iddiası təmin olunub Türkiyə prezidenti Abdulla Gülün, etnik mənsubiyyəti haqqında iddialar irəli sürən Cümhuriyyət Xalq Partiyasının (CXP) İzmir şəhərindən seçilən millət vəkili Canan Artıman barəsində açılan məhkəmə işi başa çatıb. Ankara 2-ci Sülh Hüquq Məhkəməsində keçirilən məhkəmə prosesində, Abdulla Gülün vəkili Ömər Kiçiközcan və Canan Arıtmanın vəkili Rezzan Aydınoğlu iştirak edib. Hakim, son bəyanatları da dinlədikdən sonra, Canan Artımanın, prezident Abdulla Gülə 1 Türk lirəsi təzminat ödəməsi barədə qərar çıxarıb. Xatırladaq ki, CXP partiyasının üzvü Canan Artıman, 1915-ci il hadisələri ilə bağlı Türkiyədə bir qrup ziyalı tərəfindən başladılan 'ermənilərdən üzr istəyirik' kampaniyasına münasibət bildirərkən, Abdulla Gülün kampaniyanı dəstəklədiyini iddia etmiş, 'Gül, Türk millətinə prezidentlik etsin, etnik mənsubiyyətinə yox', 'Gülün ana tərəfdən etnik mənsubiyyətini araşdırın, görərsiniz' şəklində bəyanat vermişdi. Türkiyə prezidenti Abdulla Gül, 'Anasının etnik mənsubiyyəti ilə bağlı həqiqətə uyğun olmayan bəyanatlar verərək, dövlət adamı imicinə zərbə vurduğu üçün' Canan Arıtmana qarşı iddia qaldıraraq 1 Türk lirəsi mənəvi təzminat istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA