Rusiya ilə Ukrayna arasında yeni qlmaqal

img

25-03-2009 [12:18]


"Ukraynanın qaz şəbəkəsinin beynəlxalq qurumlar tərəfindən müasirləşdirilməsi haqda yeni sövdələşmə Rusiya üçün danışıqları mənasız edir." Bu sözləri Rusiya prezidenti Dmitri Medvedyev Ukraynanın Avropa və dünya qurumları ilə ölkənin qaz tranzit kəmərlərinin müasirləşdirilməsi məqsədi ilə 3,4 milyard dollarlıq müqavilə bağalamasına münasibət bildirərkən deyib. Qaynar.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti daha sonra deyib ki, bazar ertəsi imzalanan sazişlə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməlidir: "Yalnız bu şərtlə gələn həftə keçiriləcək danışıqlar baş tuta bilər" Saziş Rusiya baş naziri tərəfindən də tənqid edilib. Vladimir Putin deyib ki, bu saziş imzalanarkən qaz təchizatçısı olan Rusiya ilə məsləhətləşmələr aparılmayıb: ?Bu, Rusiya maraqlarının sistemli qulaqardına verilməsidirsə, onda bu, çox pisdir?. Rusiyadan səslənən bəyanatlara rəsmi Kiyev də münasibət bildirib. Ukraynanın baş naziri Yulia Timoşenko deyib ki, Kiyevlə xarici investorlar arasında imzalanan saziş Rusiyaya heç bir zərər vurmur: "Sazişdən Rusiya heç nə itirməyib, Avropa da heç nə itirməyib. Ukrayna sadəcə öz milli maraqlarını qoruyur. O özünün tranzit kəmərlərini namuslu və aydın şəkildə mühafizə edir. Rusiya investisiyalar və modernizasiyalara aid layihələrdə iştirak edə bilər. Bunu Avropa Kommissiyası sədri cənab Barroso və şəxsən mən elan etmişik."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA