AŞPA-NINN YAZ SESSiYASI APRELiN 27-DƏ ÖZ iŞiNƏ BAŞLAYACAQ

img

24-03-2009 [11:34]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 27-də öz işinə başlayacaqdır. Aprelin 30-dək davam edəcək sessiyasının gündəliyinə Azərbaycanla bağlı heç bir məsələ daxil edilməmişdir. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daim komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı daimi nimayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir ki, sessiyada AŞPA bürosunun və daimi komitənin fəaliyyəti, Makedoniya, Çernoqoriya və Moldovada keçirilmiş prezident seçkilərinin nəticələri, Avropa Şurasının 60 illiyinin qeyd edilməsi edilməsi, təcili hallarda insan hüquqlarına yardım kimi məsələlər müzakirə ediləcəkdir. Bununla yanaşı, sessiyada İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimin seçilməsi, Serbiyanın qurum qarşısında götürdüyü öhdəliklər, Gürcüstanla Rusiya arasında yaranmış vəziyyətlə əlaqədar AŞPA-nın qəbul etdiyi qətnamənin icrasının vəziyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılacaq və Nazirlər Komitəsinin hesabatı dinləniləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA