Tələbani PKK-ya ultimatum verdi

img

24-03-2009 [11:25]


?Onların iki yolu var: ya silahı yerə qoymaq, ya da İraqı tərk etmək? İraq prezidenti Cəlal Tələbani PKK terrorçularına ultimatum irəli sürüb. Lent.az-ın ?France Presse? agentliyinə istinadən verdiyi məlumata görə, Tələbani terrorçuların ya silahı yerə qoymalı olduqlarını, ya da İraqı tərk edəcəklərini bəyan edib. Qeyd edək ki, İraq prezidenti bu bəyanatı Bağdada səfər edən Türkiyə prezidenti Abdulla Güllə görüşdən sonra verib. Tələbani bildirib ki, İraq konstitusiyası ölkə ərazisində hər hansı silahlı qruplaşmanın, o cümlədən PKK-nın olmasını qadağan edir və kürdləri öz məqsədlərinə siyasi, parlament yolu ilə çatmağı çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA