ABŞ-da sərnizin təyyarəsi qəzaya uğrayaraq qəbiristanlığa düzüb

img

23-03-2009 [04:59]


Sərnişinlərinin əksəriyyəti uşaq olan təyyarədə sağ qalanların olmadığı güman edilir Bu gecə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Montana ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb. Verilən məlumata əsasən, təyyarədəki sərnişinlərin 14-ü, 6-16 yaş arası uşaqlar olub. Onlar Kaliforniyadan dağ-xizək istirahət mərkəzinə yollanırlarmış. Bildirilir ki, şəxsi təyyarədə ümumilikdə 17 nəfər insan olub. Sərnişinlərin hamısının öldüyü ehtimal edilir. Avia şirkətin əməkdaşı tom Haqler uşaqların sayının 12 olduğunu və iki pilotun öldüyünü ehtimal etdiyini bildirib. Məlumatda həmçinin qeyd olunur ki, bir motorlu ?Pilatus ps-12? təyyarəsi enən zaman qəzaya uğrayıb. O, Byut şəhərindəki aeroportunun enmə zolağına cəmi 100-200 metr çatmamış, şəhərin qəbiristanlığına düşüb və təyyarədə yanğın baş verib. Hadisənin şahidi olan yerli əhali də təyyarənin düşdüyü əraziyə gəlsələr də, qəzaya düşənlərə köməklik göstərə bilməyiblər. Hazırda təhlükəsizlik orqanları qəzanın səbəblərini araşdırır. Milli nəqliyyat təhlükəsizlik idarəsinin təhqiqatçısı Kristi Dyunksun sözlərinə görə, Missulo mahalının rəsmiləri artıq hadisə yerinə gediblər və onlar hər cür köməyə hazırdırlar. Sabahdan etibarən tədqiqatlar başlayacaq. İlk olaraq isə təyyarə pilotunun hava gəmisinin istiqamətini Bouzmən şəhərinin əvəzinə Byutaya dəyişməsinin səbəbi öyrənilir. Qəzanın baş vermə səbəbləri təyyarənin qara qutusu aşkar olunub tədqiq edildikdən sonra açıqlanacaq. İlkin məlumatlara görə, pilot təyyarə havada olarkən nə fövqaladə vəziyyət, nə də hər hansı problemlə bağlı dispetçer xidmətinə heç bir məlumat verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA