Tarixcilərdən sok iddia!

img

22-03-2009 [01:36]


İkinci Dünya Müharibəsində SSRİ 55 milyon əsgər itirib İknci Dünya müharibəsi illərində neçə milyon sovet əsgərinin həlak olması ilə bağlı dəqiq məlumat əldə etmək üçün Rusiya araşdırmalara başlayıb. Qaynar.info-nun verdiyi xəbərə görə, indiyədək rəsmi şəkildə 22 milyon sovet əsgərinin həlak olduğu bildirilirdisə, son vaxtlar bu rəqəmin realda olduğundan xeyli az göstərildiyi bildirilir və əslində müharibə zamanı SSRİ-nin 55 milyon əsgər itirdiyi iddia edilir. Rusiya Mudafə Nazirliyi döyüş illərində nə qədər itki verildiyini müəyyən etmək üçün komissiya yaradılması barədə qərar verib. Bu barədə yerli mətbuata acıqlama verən Müdafiə Nazirliyi bəyan edib ki, nazirliyin müvafiq idarəsi bu istiqamətdə bütün səylərini ortaya qoyacaq və gerçək rəqəmləri ortaya çıxaracaq. Araşdırma ilə bağlı yaradılan komissiyada nazirliyin səlahiyyətləri ilə yanaşı, Federal Təhlükəsizlik Bürosunun, Daxili İşlər Nazirliyinin, Rusiya Federal Arxivlər İdarəsinin və Rusiya Federal Statistika Komitəsinin nümayəndələri daxildir. Araşdırmalar zamanı bütün şöbələrdən nə qədər əsgərin orduya cağrıldığı, nə qədərinin döyuşlərdə iştirak etdiyi, neçəsinin əsir düşdüyü, fərarilik etdiyi və digər hallar dəqiqliklə araşdırılacaq. Komissiyanın üzə çıxaracağı yeni siyahınin ölkə prezidenti Dmitri Medvedyevin imzaladığı fərmanla nəşr olunması nəzərdə tutulub. Qeyd edək ki, sovet tarixçiləri də İkinci Dünya Müharibəsi illərində 22 milyon sovet əsgərinin həlak olması ilə bağlı rəsmi rəqəmləri təsdiqləyiblər. Yalnız SSRİ dağıldıqdan sonra, bu rəqəmlərin saxta olduğu iddialari və gerçək rəqəmlərin araşdırılması məsələsi gündəmə gəlib. Bəzi tarixçilərə görə, döyüşdə təxminən 50, bəzilərinə görə isə 55 milyon sovet əsgəri həlak olub. Bu günlərdə isə yerli telekanallardan birinin- NTV kanalının təqdim etdiyi ?Marşal Jukovun naməlum döyüşü? adlı sənədli filmi, müharibə ilə bağlı çox məqamların gizli olduğu barədə müzakirələrin alovlanmasına səbəb olub. // Azərin, QayNar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA