Avropa ittifaqı Azərbaycanla əlaqələri sıxlazdıracaq

img

21-03-2009 [01:25]


Brüsseldə işini başa vuran Avropa İttifaqının sammitində Azərbaycan da daxil olmaqla, 6 sabiq sovet respublikası ilə daha sıx əlaqələrin qurulacağı bildirilib. Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek BBC-yə müsahibəsində sabiq sovet respublikaları ilə münasibətlərin əhəmiyyətini vurğulayıb. "Avropa İttifaqı əhatəsində olan ölkələrin təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması, onların yaxşı idarə olunması və bu ölkələrdə insan haqlarının təmin olunmasında maraqlıdır", - deyib Mirek Topolanek. Cənab Topolanek deyib ki, Şərqi Tərəfdaşlıq proqramı elə bir şərait yarada bilər ki, həmin 6 ölkə nə zamansa hətta İttifaqa üzvlük şansı əldə edə bilərlər. Bu arada Avrokomissiyada təklif edilən yardım fondları Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynaya Polşa və İsveçin təşəbbüsü ilə yaradılmış "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində verilməlidir. Sammitin gedişatı vaxtı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Rusiya və Gürcüstan arasında müharibə, Moskva və Kiyev arasında baş verən qaz mübahisələri regionun nə dərəcədə kövrək olduğunu nümayiş etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA