?QARABAğ DANIŞIQLARINDA SAZiŞDƏN ƏVVƏLKi MƏRHƏLƏDƏYiK?

img

23-03-2009 [03:17]


Araz Əzimov: "Gürcüstan bizə təcrübə oldu" Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi səlahiyyətli nümayəndəsi Araz Əzimov Böyük Britaniyada işgüzar səfərdə olub. Onun səfəri Azərbaycanda konstitusiya dəyişikliklərinə dair ötən həftə keçirilən referendumdan sonraya təsadüf edir. Diplomatın səfərinin məqsədi haqda məlumat olmasa da BBC radiostansiyası onun müsahibəsini yayımlayıb. [b]- Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında indi biz haradayıq?[/b] - Danışıqlarda biz həmişə münaqişənin həlli üçün formalaşmış prinsiplərdən irəli gəlmişik. Konkret məqsədə nail olmaq üçün bu danışıqlarda iştirak edirik. Bu məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunda yaşayacaq iki icmanın birgə sülh və əmin-amanlıq şəraitində yaşamlarını təmin edəcək bir statusun işlənilməsi üçün konkret tədbirlərin görülməsidir. Hal-hazırda olduğumuz mərhələ ondan ibarətdir ki, həmsədrlər vasitəsilə aparılan təmaslar və görüşlər zamanı əsas problemlərə toxunan prinsipial yanaşmaları aydınlaşdırmalıyıq. Bu yanaşmaların aydınlaşdırıldığı bir halda, onun əsasında münaqişənin həlli üçün xidmət edəcək sazişin işlənilməsinə keçəcəyik. Saziş təmin ediləndən sonra onun reallaşması və icrası nəticəsində dediyim konkret məqsədlərə nail olacağıq. [b]- Azərbaycanın Rusiya ilə yüksək səviyyəli əlaqələri, Rusiyanın Ermənistana silah satışı ilə bağlı Azərbaycanın narahatlıqlarına son qoyub, onları cözə bilib?[/b] - Rusiyanın hakimiyyət nümayəndələri, Xarici İşlər Naziri faktları təkzib edir və aydındır ki, biz rəsmi mənbələrdən başqa bir reaksiyanı gözləyə də bilməzdik. Lakin Xarici İşlər Naziri rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Müdafıə Nazirliyinə hansısa bir silahın ötürülməsini rədd edirsə, yəqin ki, belə bir rəsmi formada belə təhvilvermə baş tutmayıbdır. İstənilən formada bu silahların ötürülməsi baş verə bilər ki, bəlkə də Xarici İşlər Nazirinin xəbəri də olmaz. [b]- Gürcüstan-Rusiya münaqişəsinin Azərbaycana nə kimi təsiri oldu? Azərbaycan bundan, belə demək olarsa, nə kimi ibrət dərsləri aldı?[/b] - Dərs də olmasa, bir təcrübə olubdur. Bu böhran əlbəttə ki, çox belə hiss olunan zərbələri endirib regiona, nəticədə orada, məncə, strateji yönümdən, strateji baxımdan udan tərəf olmayıb. Bu böhran bir daha göstərdi ki, Cənubi Qafqaz regionu çox həssas bir regiondur və burada olan problemlər Avropa miqyası səviyyəsində öz təsirini göstərmək qabiliyyətindədir. Bu böhran onu da göstərdi ki, ərazi bütövlüyü prinsipi ən vacib və Avropa təhlükəsizliyinin formalaşdırılıması üçün ən əsaslı bir prinsipdir. [b] - Bəs Azərbaycanın Avropanın təhlükəsizliyinə qatqısı nədən ibarətdir?[/b] - Siyasi cəhətdən Azərbaycan Avropada təhlükəsizlik proseslərinin fəal iştirakçılarından biridir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan külli miqdarda töhvələr verməkdədir. Azərbaycan həm NATO-nun, həm Avropa İttifaqının yaxın tərəfdaşlarından biridir. Eyni zamanda Azərbaycan kifayət qədər balanslaşdırılmış, tarazlaşdırılmış bir siyasət aparır, həm ABŞ, həm Rusiya hökumətləri ilə qarşılıqlı əsaslarda əməkdaşlıq aparır. [b]- Gürcüstan böhranından sonra Avropa İttifaqı Şərqi Tərəfdaşlıq proqramını açıqladı. Azərbaycan bu tərəfdaşlıqdan nə əldə etmək ümidindədir?[/b] - Mən deməzdim ki, Şərqı Tərəfdaşlıq bilavasitə, xronoloji şəkildə olsa da belə, Gürcüstan-Rusiya böhranından sonra açıqlanıb. Avropa İttifaqı ilə maraqlarımız ilk öncə iqtisadi, ticari, sosial, təhlükəsizlik, siyasi və insan hüquqları sahələrində qarşılıqlı əsaslarla, maraqlarımıza cavab verən formada əməkdaşlıq qurmaqdır. [b]- Rusiya ordusunun yenidən silahlandırılması ilə bağlı Azərbaycanın mövqeyi nədir?[/b] - Rusiya Azərbaycana bilavasitə qonşu ölkədir. Rusiya böyük bir dövlətdir və beynəlxalq səhnədə müxtəlif öhdəliklərə razılığını vermiş, müvafiq öhdəlikləri daşıyan bir ölkədir. Əlbəttə ki, beynəlxalq öhdəliklərə əməl edən bir ölkədir. Başqa tərəfdən Rusiya hər hansı bir suveren dövlət kimi öz ordusunun silahlanmasına dair qərarlarını qəbul etmək və reallaşdırmaq iqtidarındadır. Ona görə də, bu bir növ, Rusiyanın daxili siyasətinin elementidir. Eyni zamanda Rusiyanın beynəlxalq səhnədə cərəyan edən proseslərə təsir potensialı və həqiqi rolu çox böyükdür, güclüdür. Ümidvaram ki, Rusiyanın silahlanması beynəlxalq səviyyədə hansısa mənfi nəticələrə gətirib çıxarmayacaq. Ümidvaram ki, Rusiya Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin bərpa edilməsi, beynəlxalq hüquq və normalara uyğun olaraq əlaqələrin qurulması üçün öz lazımi və vacib olan töhfəsini verə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA