iLHAM ƏLiYEV FRANSANIN XARiCi TiCARƏT üZRƏ DÖVLƏT KATiBiNi QƏBUL EDiB

img

19-03-2009 [05:23]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Fransanın xarici ticarət üzrə dövlət katibi, Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri xanım Ann-Mari İdrakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Xanım Ann-Mari İdrak Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlətimizin başçısına təqdim etdi, onun salamlarını və xoş arzularını çatdırdı. Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olundu, ölkəmizdə Fransa şirkətlərinin uğurla fəaliyyət göstərdikləri bildirildi. Söhbət zamanı Komissiyanın Bakıda keçirilən iclasının əhəmiyyətinə də toxunuldu, Fransanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmi vurğulandı. Dövlətimizin başçısı Fransa Prezidenti Nikola Sarkozinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını və xoş arzularını Fransanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA