Amnistiya aktının həbsdə olan jurnalistlərə tətbiq oluna bilər

img

17-03-2009 [06:23]


Milli Məclis bu gün ?Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında? qərar layihəsi qəbul edib. Təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşəcək. Onlardan 1700-ə qədəri azad olunacaq. Qərar 4 ay müddətində icra olunmalıdır. Qərardan sonra Azərbaycanda hər yüz min nəfərə 190 məhkum düşəcək. Parlamentin vitse-spikeri Bahar Muradovanın ANS-ə verdiyi məlumata görə, bu, MDB üzrə birinci göstərici, Şərqi Avropa ölkələri ilə isə eynidir. Qərar ümumilikdə məhkumların 35 faizinə, qadın məhkumların isə 60 faizinə şamil olunacaq. Vitse-spiker amnistiya aktının həbsdə olan jurnalistlərə də tətbiq olunacağını istisna etməyib. Bu zaman həmin şəxslərin ittiham olunduğu maddələrin aktın əhatə dairəsinə düşüb-düşmədiyi araşdırılacaq. ?Burada konkret maddələr göstərilib, maddələr altına jurnalistlər də düşə bilər. Digər peşənin sahibləri də düşə bilər. Əlbəttə, amnistiya aktını tətbiq edərəkən maddələr üzərində ciddi işləcəyəklər. Ondan sonra qəti şəkildə bəlli olacaq ki, konkret adını çəkdiyimiz insanlar onların içərisində olacaq, ya yox. Bilirəm ki, kimlərsə bura düşəcək, amma konkret ad çəkməzdim?,-deyə Bahar Muradova qeyd edib. Qeyd edək ki,amnistiya aktının icrasına martın 18-dən başlanacaq. Bu barədə ANS PRESS-ə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Mehman Sadıqov məlumat verib. Xidmət rəsmisinin sözlərinə görə, həmin gün azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlar və altı ay qalmış kişilər azadlığa buraxılacaq. Məlumat üçün bildirək ki bu gün Milli Məclisdə müzakirəyə çıxarılan ?Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında? qərar layihəsi qəbul edilib. Qərara əsasən, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad ediləcəklər. Təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşəcək. Onlardan 1700-dək məhkum azad olunacaq. Layihəni Milli Məclisə millət vəkili Mehriban Əliyeva təqdim etmişdi. Xatırladaq ki, sonuncu dəfə ölkədə amnistiya aktı 2007-ci ilin mayında qəbul edilib. Bu qərar 10 minə yaxın məhbusa şamil olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA