20 MiN TüRK ƏSGƏRi QARABAğA GiRƏCƏKMiŞ

img

16-03-2009 [12:39]


[b]?Ergenekon? istintaqında Azərbaycanla bağlı daha bir sensasion məqam açıldı [/b] Türkiyədə ?Ergenekon? istintaqında Azərbaycanla bağlı daha bir sensasion məqam üzə çıxıb. ?Anadolu? agentliyinə istinadən Türkiyə mediasında yayılan xəbərlərə görə, könüllü olaraq polisə ifadə verən 29 yaşlı Çınar Altınbaş adlı şəxsin ifadələri ?Ergenekon? dosyesinə əlavə olunub. Həmin şəxs ?Ergenekon? işi ilə bağlı həbs edilənlərdən biri, istefada olan zabit Fikri Qaradağın vaxtilə Qarabağa Azərbaycan ordusunun formasını geymiş 20 min türk əsgəri göndərmək haqda təklif verdiyini deyib. ?Qaradağ mənim sualıma cavab olaraq bildirdi ki, xidmətdə olduğu dövrdə silahlı qüvvələrin baş qərargahına 20 min türk əsgərinə Azərbaycan ordusunun formasının geydirilib Qarabağa göndərilməsini, bu şəkildə Azərbaycanla Türkiyə arasında yeni sərhədlər qurula biləcəyini, Türkiyənin bu xətt üzərindən türk cümhuriyyətlərinə açıla biləcəyini təklif etdiyini, ancaq ordu içərisində bu təklifə dair vahid mövqe olmadığını və nəticədə bu cür faydalı təklifin diqqətə alınmadığını bildirdi?. Qeyd edək ki, Fikri Qaradağ Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı döyüşlərə başçılıq etmiş zabitdir, o, general Vəli Kiçiyə yaxınlığı ilə də tanınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA