Fəzail Ağamalı müxalifətin birliyinin perspektivini görmür

img

04-04-2009 [04:41]


?Mənim Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların ciddi uğur qazanacağına kifayət qədər şübhəm var. Çünki həm ötən il keçirilən prezident seçkilərində, həm mart ayındakı referendumda onların söykənmiş olduğu taktika özünü doğrultmadı. Hər iki seçimdə Azərbaycan xalqı onların çağırışlarına əhəmiyyət vermədi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun fikrincə, radikal müxalifətin hansı formada, hansı təşkilat daxilində birləşməsindən, öz fikirlərini KİV-lərə şişirdilmiş şəkildə verməsindən asılı olmayaraq, qarşıdan gələn bələdiyyə seçkilərində ciddi uğur qazanacağı görünmür?. Müxalifətin 18 mart referendumunun nəticələri ilə bağlı verdiyi qərara toxunan F.Ağamalı opponentlərinin bu məsələ ilə bağlı iddialarının da əsassız olduğunu nəzərə çatdırıb: ?Xatırlayırsınızsa, onlar 1995-ci ildə Konstitusiyanın qəbuluna da bu cür yanaşdılar, Azərbaycan xalqını həmin sənədi qəbul etməməyə çağırdılar. Onda da Azərbaycan xalqı onların anti-konstitusion çağırışlarına məhəl qoymadı. Çox qəribədir ki, dünyanın demokratik dəyərlərini özündə ehtiva edən Azərbaycan Konstitusiyasının qəbuluna bu dərəcədə təpki göstərmək bizim müxalifətin anormallığının göstəricilərindən biridir. Bu ənənə davam edir, indi də müxalifət Konstitusiyaya əlavə və dəyişikliklərinin edilməsi ilə bağlı Azərbaycan xalqının iradəsinə qarşı bu cür təpki göstərməklə əsl mahiyyətini ortaya qoyur. Bu baxımdan düşünürəm ki, müxalifətin bu cür çağırışları əhəmiyyətsizdir və tarixdə onlara qarşı ikrah hissi oyada biləcək addımlardır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA