ilham Əliyev Almaniyanın ?RWi? energetika zirkətinin prezidentini qəbul edib

img

09-03-2009 [06:47]


Görüşdə ?RWİ? energetika şirkəti ilə Azərbaycanın aidiyyatı qurumları arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ?RWİ? energetika şirkətinin prezidenti, İdarə Heyətinin sədri Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Yurgen Qrossman Azərbaycanda nümayəndəliyini yaradan ?RWİ? energetika şirkətinin fəaliyyəti barədə dövlət başçısına məlumat verib və ölkəmizdə xarici şirkətlərin sərbəst və azad fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Neft-qaz sektorunda Azərbaycanla gələcəkdə əməkdaşlıq etmək marağında olduqlarını deyən qonaq, ölkəmizlə etibarlı tərəfdaş kimi fəaliyyət göstərmək əzmində olduqlarını vurğulayıb. Prezident Ilham Əliyev, ?RWİ? energetika şirkətinin nümayəndə heyətinin Azərbaycanda görüşlərinin və apardığı danışıqların səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə ?RWİ? energetika şirkəti ilə Azərbaycanın aidiyyatı qurumları arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA