AZƏRBAYCAN PREZiDENTi iLHAM ƏLiYEViN VƏ iRANIN ALi RƏHBƏRi SEYiD ƏLi XAMENEiNiN GÖRüŞü

img

11-03-2009 [01:55]


Tehran, 10 mart (AzərTAc). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur. İranın ali rəhbəri dedi ki, Azərbaycan ilə qonşuluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurla inkişaf edir. İran bu əlaqələri daha da genişləndirmək əzmindədir. Seyid Əli Xamenei Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladaraq, qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirdi. Prezident İlham Əliyev İrana uğurla keçən rəsmi səfərinin iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrin perspektivinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA