Silahlı şəxs yanacaqdoldurma məntəqəsinə basqın etdi - Azərbaycanda

img

14-01-2016 [11:57]


Masallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Mia. az-ın "Report"a istinadən məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA