Polis əməliyyat keçirdi: Şamaxıda silahlı şəxs yaxalanıldı

img

08-01-2016 [13:38]


Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şamaxı şəhərində əməliyyat keçirilib.

Mia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əməliyyat yanvarın 7-də keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan "Brauninq 1900” markalı tapança götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq "TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA