11-01-2016 [10:57]
Rusiya prezidenti Vladimir Putin Almaniyanın məhşur Bild qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib. O, NATO-nun hökmranlıq etmək cəhdlərinin Avropadakı böhrana təsir etdiyini bildirib, Qərb sanksiyalarını "axmaq addım” adlandırıb, Rusiya iqtisadiyyatının 2017-ci ildə dirçələcəyini proqnozlaşdırıb. O, hətta 2007-ci ildə onun laborador cinsindən olan Koni adlı itinin Almaniya kansleri Angela Merkeli qorxutması hadisəsini də şərh edib.
Onun sözlərinə görə, əgər NATO genişlənməyə çalışmasaydı və hökmranlıq etməyə səy göstərməsəydi, Avropadakı böhranlar belə kəskin xarakter almazdl: "Əgər qocaman, ağıllı alman Eqon Bar dediyi kimi etsəydilər, Avropanı birləşdirən hər hansı bir yeni nəsə yaradardılar və bu böhranlar da olmazdı. Başqa vəziyyət olardı, başqa problemlər olardı. Bəlkə də bu problemlər belə kəskin xarakter almazdı. Başa düşürsünüzmü?”.
Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı sualı cavablandıran Putin əminliyini ifadə edib ki, Alyans vaxtında bu region ölkələrinə "yox” deməklə də keçinə bilərdi: "Məgər Nizamnamədə yazılıb ki, NATO üzv olmaq istəyən hər kəsi qəbul etmək məcburiyyətindədir. Yox. Meyalarlar, şərait lazımdı. Əgər siyasi iradə olsaydı, istəsəydilər hər şey edərdilər. Sadəcə istəmədilər. Hökmranlıq etmək istədilər. Bu taxta əyləşdirlər, Bəs bundan sonra necə olacaq? İndi biz böhran vəziyyətlərini müzakirə edirik”.
Müsahibəsində Rusiya prezidenti ölkəsinə qarşı Qərb ölkələrinin Krımın Rusiyaya ədalətli birləşməsinə cavab olaraq sanksiyalar tətbiq etməsini "axmaq və ziyanlı addım” kimi qiymətləndirib: "Rusiya əhalisi çox gözəl hiss edir və ürəyi ilə başa düşür ki, nə baş verir. Napoleon bir dəfə demişdi ki, ədalət - bu Allahın yer üzündə təcəllisidir. Bax, Krımın Rusiyaya birləşməsi ədalətli qərardır”.
Onun fikrincə, Rusiyanın Qərb tərfdaşlarının bu qərara reaksiyası səhv idi və Ukraynın dəstəklənməsinə yox, Rusiyanın imkanlarının genişənməsinin qarşısını almağa yönəlib.
Putin bildirib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına müəyyən məhdudiyyətlər gətirir, xüsusən Qərb bazarlarına çıxışı məhdudlaşdırıb: "Bunlar neqativ faktorlardır, amma nə qədər qəribə də olsa müsbət tərəfləri də var. Neftin qiyməti yüksək olanda, neft gəlirlərindən cari xərclər üçün istifadə etməkdən çəkinə bilmirik. Mənim fikimcə, bizdə nef-qaz defisiti təhlükli həddə qədər artıb. İndi biz bunu aşağı salmağa məcburuq. Bu isə sağlamlaşdırır”.
Putin qeyd edib ki, Rusiya beynəlxalq hüquq normalarının vahid qaydada başa düşülməsi şərti ilə Avropa İttifaqı ilə kompomiss axtarmağa hazırdır. O, əlavə edib ki, Rusiyanın milli maraqlarının müdafiəsi onun üçün əsas vəzifə olaraq qalır: "Məndən soruşdunuz - Siz dostsunuz, yoxsa düşmən? Dövlətlər arasında münasibətlər, insanlar arasındakı münasibətlərdən bir az başqa cür qurulur. Mən nə dostam, nə gəlinəm, nə bəyəm, mən Rusiya Federasiyasının prezidentiyəm. 146 milyon nəfər-bu insanların öz maraqları var və mən onların keşiyində durmalıyam”.
Onun sözlərinə görə, ölkələr arasında konstruktiv münasibətlər üçün tərəflər bir-birinə hörmət etməli, hər dəfə, kimlərəsə lazım olanda oyun qaydalarını dəyişməməlidirlər.
İkili standaralrdan danışan Putin Kosovonun müstəqliyinin tanınması və Krımın Rusiyaya biləşdirilməsini müqayisə edib. Onun sözlərinə görə, Kosovo məsələsində BMT-nin Beynəlxalq Məhkəməsinin qərarına görə, suverenlik məsələsinin həllində mərkəzi hakimiyyətin fikrini nəzərə almamaq olar. Putin bildirb ki, Kosovo müstəqilliyini bəayn etdi və onu bütün dünya tanıdı. Heç referendum keçirilmədi. Parlamentin qərarı ilə bu edildi.
Krımda isə legitim parlament referendum təyin etdi, vətəndaşlar isə Rusiya ilə bilərşməyə səs verdilər: "Biz nə etdik? Biz heç kimlə vuruşmadıq, heç kimi işğal etmədik. Heç yerdə atəş açmadıq. Krımdakı hadisələr zamanı bir nəfər də həlak olmadı. Bir nəfər olsun belə! Biz silahlı qüvvələrimizi orada yerləşən 20 minlik Ukrayna hərbi qulluqçusunun vətəndaşların öz iradələrini sərbəst bəyan etməsinə əngəl olmasının qarşısını almaq üçün istifadə etdik. İnsanlar referenduma gəldilər və səs verdilər. Onlar Rusiyanın tərkibində olmaq istədilər”.
Rusiya prezidenti bildirib ki, Rusiya iqtisadiyyatının 3.8% geriləməsinə baxamayaraq, tədricən iqtisadi inkişafın bərpa olunacağına əmindirlər. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının kifayət qədər ehtiyatları var. Mərkəzi Bankın 340 milyard dollar qızıl-valyuta ehtiyatı var. Hökumətin isə hərəsi 70-80 milyard dollarlıq iki ehtiyat fondu var.
Prezident Putin bir neçə il əvvəl iti Koninin Alaman-Rus danışıqları aparıldığı otağa girən zaman Almaniya kansleri Angela Merkelin itlərədn qorxduğunu bilmədiyini açıqlayıb. 2007-ci ildə Soçidə Merkel-Putin danışıları gedən zaman Koni otağa daxil olaraq Almaniya kanslerini qorxutmuşdu. Bir çox Qərb KİV-i Putinin bunu qəsdən etdiyini yazmışdı.
Putinin sözlərinə görə, o qətiyyən Merkelin itdən qorxuduğunu bilmirmiş, o Konini göstərərək kansleri sevindirmək istəyib. Sonra isə A.Merkelden üzr istəyib.
Strateq.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub