07-12-2015 [23:56]
Türkiyənin İŞİD-i məhv etmək üçün İraqa yeritdiyi qoşunun ilk görüntüləri yayılıb.
Türkiyə medias xəbər verir ki, 6 min nəfərlik ordu Mosulun 30 kilometrliyində yerləşən Başika bölgəsində qərarlaşıb. Bununla yanaşı, həmin bölgəyə 140 zirehli hərbi texnika da yeridilib. Dünən isə Ankara bölgəyə daha 2 min əsgər göndərib.
30 min əsgərlik hərbi düşərgə
Başikada böyük bir əməliyyatın keçirilməsi üçün 30 min əsgərin yerləşə biləcəyi düşərgə qurulub. Düşərgədə məsciddən hamama qədər hər şey inşa olunub. Düşərgədə 25 tank, 13-ü hərbi olmaqla 37 avtomobil, 18 kiçik zirehli maşın, 14 böyük zirehli maşın və çoxlu sayda təcili tibbi yardım maşını, su tankeri və digər ləvazimatlar var.
Başikadan başqa Zelikanda da əlavə bir düşərgə yaradılıb. Sərhədi keçən tank və hərbi maşınların bir qismi Bamarnidə yerləşdirilib. Bolu Dağ Komando Birliyinin bölgəyə göndərilən bəzi əsgərləri sərhəddəki Kanimasidə qərar tutublar. Onlar PKK-nın sərhədi keçməsinin qarşısını alacaq. Şimali İraqa göndərilən 8 min əsgərin içində olan bordobereli tağımlarının Ərbil, Zaho, Dohuk, Batufa, Süleymaniyə və Amadiyədə yerləşdiyi haqda məlumatlar var. Yaxın dövrlərdə bölgədəki türk əsgərlərinin sayının 30 minə çatdırılması planlaşdırılır. Türk əsgərlərinin düşərgə qurduğu Başika bölgəsi İŞİD-in mövqelərindən 10 kilometrlik məsafədə yerləşir.
20 gün içində yeni müharibə başlaya bilər
Mosulun keçmiş valisi Əsil Nuceyfi bildirib ki, türk əsgərləri İraqın baş naziri Heydər Abadinin şəxsi istəyi ilə Başakiyə gəldiyini açıqlayıb.
Baş nazir isə yaydığı yazılı açıqlamada Türkiyənin İraq hökumətinə məlumat vermədən bölgəyə girdiyini deyib. Keçmiş vali isə qarşıdakı 20 gün içində böyük hadisələrin olacağını diqqətə çatdırıb.
Bununla yanaşı, ABŞ Müdafiə Nazirliyi Türk əsgərinin Şimali İraqa girməsindən xəbərsiz olduqlarını desə də, dünən koalisiya güclərinin komandirlərindən biri qeyd edib ki, türklərin Mosula getməsi haqda onlara məlumat verilib.
Bağdad Rusiyadan hərbi müdaxilə istəsə...
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Hakim Zamili isə Türkiyəyə qarşı Rusiyadan yardım istəyə biləcəklərini açıqlayıb.
"Əl Arab əl Cədid” qəzetinə danışan komitə sədri bildirib ki, "Türkiyə işğalına və İraqın suverenliyinə yaranan təhlükəyə qarşı qısa müddət içində Rusiyadan ölkəmizə hərbi müdaxilə etməsini istəyə bilərik".
Xatırladaq ki, Rusiyanın Suriyaya girməsinə səbəb də Əsəd rejiminin Moskvadan hərbi yardım istəməsindən sonra baş verib. Məhz bundan sonra Suriyada III Dünya müharibəsinə gətirib çıxara biləcək qarşıdurmalar başladı.
Müharibənin ilkin işartıları
Görünən odur ki, eyni vəziyyət İraqda da yaşana bilər. Rəsmi Bağdad Moskvadan hərbi yardım istəsə, Kreml bunu edəcək. Nəticədə isə Suriyada üz-üzə gələn Türkiyə və Rusiya İraqda da toqquşacaq. Artıq bunun ilkin konturları görünür. Belə ki, İraq hökuməti Rusiyanın hava əməliyyatlarına şərait yaratmaq üçün Şimaldakı hava sahəsini iki gün boyunca bağlayıb. Nəticədə Türk Hava Yolları, eləcə də digər ölkələrin aviareysləri uçuşları ləğv etmək məcburiyyətində qalıb.
Ekspertlər də bunu İraqda yeni müharibənin başlamasının ilkin işartıları kimi qiymətləndirirlər.
Publika.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub