02-12-2015 [10:59]
Parisdə keçirilən iqlim sammitindən Qətərə rəsmi səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə Türkiyə ilə Rusiya arasında olan gərginliyi şərh edib.
Mia.az ANS-ə istinadən bildirir ki, Ərdoğan, Putinin onun barəsində mərd, cəsur, dürüst dövlət adamı və s. bu kimi fikirlər səsləndirdiyini bildirib.
"Putin mənim barəmdə hər zaman müsbət fikirlər səsləndirib. Mənimlə bağlı bütün bəyanatları mənim mərdliyim və cəsurluğum barədə olub. Dürüst dövlət adamı olmağım barədə də bir çox sözü var. Xüsusilə bizim Berluskoni, Şröder və onunla keçirdiyimiz üçtərəfli və dördtərəfli görüşlərdə mənim barəmdə həmişə bu istiqamətdə sözlər deyib”.
Rusiyanın hadisələrə hissi yanaşdığını deyən Türkiyə prezidenti onların nümayiş etdirdiyi davranışın diplomatik olmadığını vurğulayıb. Ərdoğan həmçinin rəsmi Moskvanın o dəqiqə sanksiyalardan danışmasının xoş bir hərəkət olmadığını bildirib.
"Hamı Rusiyaya qarşı sanksiya tətbiq edəndə Türkiyə bu yola getməyib. Onlar bizim strateji ortağımızdır. Biz onlara ərzaq verəcəyik dedik, amma onların elədiklərinə baxın. Biz ərzaq məhsulları almayacağıq deyir və biznesmenlərimizə əziyyət verirlər. Bunlar dövlətin ciddiyyətinə yaraşmayan hərəkətlərdir. Türkiyə bu istiqamətdə öz əsalətini mühafizə edir. Biz onlarla eyni dili danışmayacağıq. Biz diplomatik dildən istifadə edirik və onların da dillərini dəyişdirmələrini gözləyirik.”
Jurnalistlərdən birinin, gərginlik son həddə çatarsa Türkiyədəki rusların deportasiya olunub-olunmayacağı barədə suala Ərdoğan, bu cür hərəkətin Türkiyəyə və türklərə yaraşmayacağını deyərək belə bir şey olmayacağını deyib.
Xatırladaq ki, noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub