21-11-2015 [22:50]
APA TV-nin məlumatına görə, 15 gündür Bayır Bucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirib. Bununla da 25 min türkmən qətliyam təhlükəsi ilə üz-üzə qalıb.
Rusiya təyyarələrinin bombardmanlarından, İranın minlərlə polisinin dəstəyindən istifadə edən Suriya ordusu bölgədə türk varlığına son vermək üzrədir. Yaşadıqları torpaqları müdafiə edən müxalif türkmənlər heç bir İŞİD terrorçusunun olmadığı bölgəni 15 gündür bombalayan Rusiya təyyarələrinin təzyiqi ilə geri çəkilmək məcburiyyətində qalıb. İran dəstəkli Suriya ordusu artıq Türkmən dağı bölgəsinə girib. Əsəd ordusunun strateji Qımam təpəsini alması ilə başlanan Bayır Bucaq hərəkatı mərkəz sayılan Qızıldağın alınması ilə bitib və bölgə bütünlüklə Rusiya-İran-Əsəd qüvvələrinin nəzarətinə keçib.
Bəşər Əsədin məmləkəti olan Lazkiyənin 20 kilometrliyində olan Qımam təpəsi ötən gün təslim olmuşdu. Qımamın təslim olması ilə minlərlə İran polisi və onlara dəstək verən əfqan, livanlı, iraqlı polisin Qızıldağa hücum keçiblər. Nəticədə 10 min türkmən Rusiya bombalarına hədəf olmamaq üçün Türkiyə sərhədinə axın edib. Bayır Bucaqda qalan 25 türkməni isə qətliam gözləyir.
Türkmən dağında gedən döyüşlərdə Sultan Abdulhamid Tugayının komandanlarından Zəkəriyyə Abdullahın şəhid olduğu bildirilir. Suriya Türkmən Məclisi Bayırbucak nümayəndəsi Ömər Cerenin sözlərinə görə 10-dan çox kənd boşaldılıb, 200-ə yaxın yaralı var. 20 türkmən döyüşçüsü isə şəhid olub. "Hazırda biz Əsədlə deyil, Rusiya, İran, İraq, Çinlə döyüşürük. Bizi dörd bir tərəfdən vurmağa başlayıblar. Göydən yağmur yerinə bomba yağsa da, torpaqlarımızdan vaz keçməyəcəyik, sona qədər müqavimət göstərəcəyik".
Türkmən dağında döyüşən Suriya ordusunun heyəti İraq, İran, Livan və Əfqanıstandan ölkəyə gətirilən muzdlu şiə döyüşçüləridir. Rusiyanın da dəstək verdiyi hücumlarda 2013-cü ildə Türkiyənin Reyhanlı qəsəbəsində terror aktı törədərək 52 şəxsin ölümünə səbəb olan "Mukaveme-i Suri (Acilciler)" adlı terror təşkilatı da iştirak edir. Şiə polislərin sursatını SEPAH-ın (İran) Qüds Gücü təmin edir. Bu qrupun başında iranlı general Qasım Süleymani durur.
Qeyd edək ki, Bayır Bucaq bölgəsi tarixi türkmən torpaqlarıdır. Yerli türkmənlər Suriyada baş verən inqilabdan sonra Əsədə qarşı müxalifətə keçib. Bölgədə İŞİD terrorçuları yoxdur. Türkmən dağının ətrafında İŞİD-in nəzarətində olan kəndlər isə ABŞ və Türkiyə hərbi hava qüvvələrinin dəstəyi ilə türkmən gücləri tərəfindən azad olunub.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub