18-11-2015 [12:28]
Eks - spiker Rəsul Quliyev terrorizmə qalib gəlməyin yolları barədə fikirlərini bölüşüb:
"Əgər Al - Qaidə, İŞİD və başqa çeşidli terrorçu təşkilatlar terrorları ilə sivil ölkələri qorxudub beynəlxalq birliyi Yaxın Şərq ölkələrində və ümumiyyətlə dünyada demokratiya uğrunda mübarizədən geri çəkindirə bilsə rahatlıq əvəzinə daha böyük terror problemləri ilə rastlaşacaqlar.
Fransanın prezidentinin tələm - tələsik Rusiya ilə terrorçulara qarşı birgə mübarizə aparmaq arzusu və Putinə xoş gəlmək üçün "problem Əsəd deyil (yarım milyona yaxın əhalisini öldürmüş, 3 milyona yaxını ölkədən didərgin salmış həmin o terrorçuların yaranması üçün münbit şərait yaratmış Əsədi ölkəsindəki bir terakta görə problem hesab etməmək absurdluq etalonu deyilmi...?) İslamçı terrorçulardır" deyən Fransanın prezidenti doğrudan Rusiyanın köməkliyi ilə terrorizmi ləğv edəcəyinə inanır. Portnyor kimi nəfəsi yalanla gedib - gələn Putini seçən Fransua Oland yanılmırmı?
Təyyarəsinin qəzaya uğradığı birinci gün ABŞ - ın peyklərinin Sinayın üzərində həmin anda böyük qığılcım yarandığını, yəni təyyarənin partladıldığını ehtiyyatla elan edəndə Rusiya informasiya vasitələri ağız - ağıza verib, bunun yalan olduğunu bar - bar bağırırdılar. İndi Fransada faciə baş verdikdən və diqqət Fransaya çevrildikdən sonra Rusiya oğru pişik kimi zəif səslə təyyarəsinin göydə partladıldığını etiraf edir...
Məgər qanı - canı yalanla yoğrulmuş bir ölkə rəhbəri ilə ciddi bir problemin həllində portnyor olmaq olarmı?
Deməli indi Fransa Rusiya ilə birlikdə Əsədə qoşulub ilk növbədə Əsədə müxalifətdə olanları, ondan sonra terrorçuları məhv etmək fikrindədir. Düşünmür ki, belə bir addımla Fransada terror dalğasını daha da gücləndirəcək.
ABŞ İraqda Səddam Hüseynə bənzər bir cani tapıb hakimiyyətə gətirməklə terrorizmin qarşısını ala bilməyəcəyini yaxşı başa düşür. Və ya Əfqanıstanda hakimiyyəti yenidən Talibanlara verməyin təhlükəsinin səviyyəsini bilir. Fikirləşirəm ki, ABŞ heç vaxt terorizmidən qorxub demokratiya uğrunda mübarizəsini dayandırmayacaq.
Terrorizmə qalib gəlməyin yolları:
1.Finans kanallarının qətiyyətlə və tez bir zamanda qapanmasına nail olmaq.
2. Xalqın terrorçulardan qorxması və onlara hər cür yardım etməsinin qarşısını almaq üçün onların real müdafiəsini təşkil etmək lazımdır, nəyin bahasına olursa olsun.
3. Demokratikləşmə kursunu daha qətiyyətli, tələb olunursa güc tətbiq etməklə davam etdirmək.
4. Korrupsiya və rüşvətin çiçəkləndiyi ölkələrə qarşı təsiredici sanksiyalar tətbiq etmək, dünyadan təcrid edib izolyasiyada saxlamaq.
Ancaq belə qətiyyətli addımlar terrorizmi zəiflədə bilər. Yox dərəcəsinə çatdıra bilər, terrorçu yaradan ölkələrlə əməkdaşlıq edənlərlə yox".
Moderator.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub