Kabinetində güllələnən generalın həyat yoldaşı da vəfat etdi

img

17-11-2015 [11:40]


Azərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.

Mia.az Report-a istinadən xəbər verir ki, Ə.Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. O, yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ədilə Xeyrulla qızı Heydərova Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Eyni zamanda, 2006-cı ildə dövlət başçısı ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Kabinetində güllələnən generalın həyat yoldaşı da vəfat etdi

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA