Bakıda silahlı insident - Polis əməkdaşı qətlə yeririldi

img

23-11-2015 [11:34]


Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, qətlə yetirilən Malik Muradov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub.

***
Bakıda silahlı insident olub.
 
APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
 
1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.
 
İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.
 
İlkin məlumata görə, hadisə namus üstündə baş verib.
 
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA